iyn
2022
09:09
89

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bu gün 39 dərəcə isti olacaq

5 iyn, 2022
09:09
1289

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23°, gündüz 31-36° isti, Bakıda gecə 20-22°, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 758 millimetr civə sütunundan 755 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 50-55, gündüz 40-45 faiz təşkil edəcək.
 
Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 17-22°, gündüz 34-39° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı ehtimal edilir.

Bizimlə əlaqə saxlayın