iyn
2022
14:21
53

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ərdoğan Azərbaycan hərbçilərinin qatıldığı təlimdə - FOTOLAR

9 iyn, 2022
14:21
1853

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan hərbçilərinin də qatıldığı “Efes-2022” beynəlxalq təlimini izləmək üçün İzmirin Seferihisar şəhərində səfərdədir.
 
Turkdunyasi.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
Təlimi müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi general Yaşar Gülər, MHP lideri Dövlət Baxçalı və digər ölkələrdən olan müşahidəçilər izləyir.
 
Bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin (TSQ) ən böyük planlaşdırılmış manevri olan Efes-2022 Kombinə Birgə Aktual Atış Təliminin gecə mərhələsi ötən gün uğurla başa çatıb. Bu gün səhər saatlarında gündüz mərhələsi icra edilməyə başlanıb.
 
Qeyd edək ki, təlimə Azərbaycandan Əlahiddə Ümumqoşun Ordudan və Hərbi Dəniz Qüvvələrindən bir qrup hərbi qulluqçu qoşulub. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov “Efes-2022” çoxmillətli təlimini izləyənlər sırasındadır.

Bizimlə əlaqə saxlayın