12 
iyn
2022
12:50
116

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Yaşıllıqların qənimi Mirsalam Qənbərov

12 iyn, 2022
12:50
25116

Bir neçə gün bundan öncə Azerinfo.az xəbər portalında Cəlilabad rayon Göytəpə şəhərində "Hacı Mərket"ın qarşısında, oranın sahibi Hacı Məlik tərəfindən 3 ədəd 50 sm diametrindən yaş ağacın kəsilib yerinə asfalt örtüyü çəkildiyi barədə məlumat vermişdik.

Aldığımız məlumata görə, sözügedən ağacları 2022-ci ilin mart ayı kəsilmək üçün budanıb və aprel ayının sonu isə kəsilib yerinə asfalt örtüyü döşənib. Aldığımız məlumatlara görə, bu "yaşıl soyqırım"ları Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri
Mirsalam Qənbərov, 1 saylı Regional Ekologiya Idarəsinin rəisi Şakir Quliyev və onun "qara kassa"sı kimi tanınan Talıb Kərimov həyata keçirdir.
T. Kərimovun göstərişi ilə ağaclar əvvəlcədən məqsədyönlü şəkildə kəsilmək üçün budanır və sonra isə kəsilərək yerinə asfalt örtüyü çəkilir.
Hətta Talıb ağac kəsən sahibkarlara bildirir ki, birdən sizdən soruşan olsa, deyərsiniz ki, bu kəsilən ağacların rəyi var və rəydə Talıbdadır.
Sözügedən məsələylə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq və onlar isə məsələyə saxta don geyindirmək üçün bizə bildirdilər ki, guya həmin ağaclar rəy əsasında kəsilib.

Həmin saxta rəy:

“ Cəlilabad rayonu Göytəpə şəhərində “Hacı Market”in qarşısında ağacların kəsilməsi barədə” daxil olmuş məlumat yerində araşdırılmışdır.
Araşdırma zamanı Cəlilabad rayonu Göytəpə şəhəri Qurtuluş küçəsi 153 ünvanında, yəni “Hacı Market” mağazasının qarşısında köküstə tam quruyaraq qəzalı vəziyyətdə olan 1 ədəd şam və 1 ədəd sərv ağacının götürülməsinə dair keçmiş Dövlət Ekspertiza İdarəsi tərəfindən 23.10.2017-ci il tarixli rəy verildiyi müəyyən edilmişdir.

Peykdən çəkilmiş görüntükərdən də görünür ki, sözügedən marketin önündə 3 ədəd yaş ağac olub.

Bu cinayətkar dəstə köhnə nəsil əkən 100 illik ağacları kəsdirib satdırır.

Yuxarıda adları keçən cinayətkar dəstə tək bu yox, cənub zonasında bir neçə yerdə belə yaşıl soyqırım işləri həyata keçirdiblər:

1. Ötən il Göytəpə şəhərində Mirsalam və Şakir Quliyevin qohumu və həmkəndlisi olan sahibkar Rafiq bir neçə yaş şam ağacın kəsib yerində ticarət mərkəzi tikmişdir.

2. Bir neçə ay öncə Masallı rayonun Digəh kəndində bir neçə yaş ağacların kəsilib yerində tikili salınmışdır;

3. Bir neçə ay öncə Masallı şəhərində İcra Hakimiyyətinin yanında bir neçə yaş ağacın kəsilib yerində tikili salınması ;

4. Lənkəran şəhərində İcra Hakimiyyətini yanında bir neçə yaş ağacın kəsilib yerində tikili salınması bunun bariz nümunəsidir.

Bu yuxarıda sadalananlar Aysberqun görünən tərəfidir.
Görün hər gün nə qədər belə saxta rəy adıyla ağaclarımız kəsilərək məhv olur.
Qarşı tərəfi dinləməyə hazırıq.


Yaşıllıqların qənimi Mirsalam Qənbərov
Yaşıllıqların qənimi Mirsalam Qənbərov

Bizimlə əlaqə saxlayın