13 
iyn
2022
09:03
134

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İnsan spermasında meymunçiçəyi tapıldı

13 iyn, 2022
09:03
23134

İtalyan alimləri meymunçiçəyi virusunu ilk dəfə olaraq insan spermasında aşkar ediblər.
Bu barədə Lazzaro Spallanzani adına Milli Yoluxucu Xəstəliklər İnstitutunun baş direktoru Françesko Vaya bildirib.
Məlumata görə, virus yoluxmuş şəxslərin toxum mayesində “çoxalmağa qadir formada” olub.
Bildirilib ki, meymunçiçəyi institutun klinikasında müayinə olunan altı xəstənin spermasında aşkarlanıb.
Tədqiqatçıları hazırda bu virusun insandan insana ötürülməsi mexanizmlərini tam başa düşmək üçün lazım olan tədqiqatları aparırlar. Alimlərin fikrincə, onların elmi işi virusun cinsi yolla ötürülməsi hipotezi ilə bağlı sualları aydınlaşdırmağa kömək edəcək.
Mənbə: lenta.ru

Bizimlə əlaqə saxlayın