15 
iyn
2022
01:06
50

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Gürcüstan prezidenti xalqı mitinqə ÇAĞIRDI

15 iyn, 2022
01:06
1650

Gürcüstan Prezidenti Salome Zurabişvili xalqı mitinqə çağırıb.
 
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
 
Bildirilib ki, Zurabişvili vətəndaşları iyunun 16-da paytaxt Tbilisidə Avropaya inteqrasiya siyasətinə dəstək aksiyası qoşulmağa səsləyib. Aksiya Avropa meydanına təşkil olunacaq:
 
“İyunun 16-da sizi Avropa Meydanına və Rike Parkın yaxınlığında toplaşmağa dəvət edirəm. Gəlin, bir-birimizin gözünə baxaq və Avropaya inteqrasiya yolunda özümüzü, birliyimizi və iradəmizi göstərək. Əhali, cəmiyyət, siyasi partiyaların nümayəndələri, hakimiyyət - hamımız sadə vətəndaş olacağıq. Çıxışlar, bəyanatlar, plakatlar olmayacaq”.
 
Qeyd edək ki, mitinq yerli vaxtla saat 17:00-a planlaşdırılıb.

Bizimlə əlaqə saxlayın