17 
iyn
2022
17:25
58

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İlham Əliyev BMT Baş katibinin müavinini qəbul etdi - YENİLƏNİB

17 iyn, 2022
17:25
2358

İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş katibinin müavini və BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovayanı qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə dövlətimizin başçısı bu il Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyinin qeyd edildiyini, mart ayında Şuşada bununla əlaqədar konfransın keçirildiyini və bunun xüsusi rəmzi məna daşıdığını bildirib.
Prezident İlham Əliyev Azərbaycanın BMT və onun ixtisaslaşmış təşkilatları ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışıb. Dövlətimizin başçısı Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyət göstərdiyini və ölkənin əsas inkişaf göstəricilərinin davamlı surətdə artdığını qeyd edib.
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizin bərpasının və yenidən qurulmasının hazırda ölkəmizin gündəmində prioritet vəzifələrdən biri olduğunu, Azərbaycanın böyük mina problemi ilə üzləşdiyini də deyib, 2020-ci il noyabrın 10-dan indiyədək 220-dən çox şəxsin mina hadisələri nəticəsində həlak olduğunu və ya xəsarət aldığını, bu gün daha bir analoji hadisənin baş verdiyini bildirib.
Tatyana Valovaya Azərbaycana səfər etməkdən və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda iştirakından, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə BMT-nin Cenevrədəki ofisi arasında əməkdaşlığın qurulmasından məmnunluğunu ifadə edib.
Qonaq Azərbaycanda dövlət səviyyəsində Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına xüsusi diqqət yetirilməsinin önəmini bildirib. O, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında qadınların rolunun artırılmasına dair konsepsiya ilə çıxış etdiyini və bu xüsusda işlərin aparıldığını deyib.
Söhbət zamanı Azərbaycan ilə BMT-nin Cenevrədəki ofisi və ixtisaslaşmış təşkilatları arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
15:28
İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş katibinin müavini və BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovayanı qəbul edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Bizimlə əlaqə saxlayın