17 
iyn
2022
17:49
86

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Avropadan Gürcüstana rədd cavabı

17 iyn, 2022
17:49
1286

Avropa Komissiyası Avropa İttifaqına üzvlüyə namizəd olmaq üçün müraciət edən Gürcüstan, Ukrayna və Moldova ilə mövqeyini açıqlayıb.
 
Modern.az xəbər verir ki, bu barədə Avropa Komissiyası bəyanat yayıb.
 
Bildirilib ki, Avropa Komissiyası Avropa Şurasına Ukrayna və Moldovaya namizəd ölkə statusunun verilməsi, Gürcüstana isə lazımi tələblər yerinə yetirildikdən sonra bu statusun verilməsi barədə müraciət ünvanlayıb.
 
Komissiyanın prezidenti Ursula von der Leyenin sözlərinə görə, Ukrayna və Moldova Avropa perspektivinə layiqdir.
 
“Gürcüstan da Ukrayna və Moldovanın sahib olduğu eyni potensiala malikdir. Onun üzvlük ərizəsi güclüdür. Lakin, ölkə struktur islahatlar gündəmini müəyyənləşdirməlidir. Təklif edirik ki, Gürcüstana Avropa perspektivi statusu verilsin, üzvlük məsələsinə isə tələblər yerinə yetirildikdən sonra qayıdacağıq”,  - Avropa Komissiyasının rəhbəri vurğulayıb.

Bizimlə əlaqə saxlayın