19 
iyn
2022
12:52
79

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ərdoğan NATO sammitində bu ölkələri ifşa edəcək

19 iyn, 2022
12:52
1279

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO liderlərinin Madriddə keçiriləcək sammitində İsveç və Finlandiyanın Kürdüstan Fəhlə Partiyası (PKK) yaraqlılarına birbaşa dəstək göstərməsi haqqında sənədləri təqdim edəcək.
 
Turkdunyasi.az Modern.az-a istinadən xəbər verir ki, İsveç və Finlandiyanın PKK-ya maliyyə və siyasi dəstəyinin sübutları göstəriləcək və bu düşmənçilik mövqeyi davam etdiyi müddətdə “müttəfiqlik” əlaqələrinin qurulmasının mümkün olmadığı bildiriləcək.
 
Məlumata görə, Suriya və İraqın şimalında hərbi əməliyyatlar zamanı Türkiyə hərbçiləri İsveç istehsalı olan AT-4 tank əleyhinə silahları ələ keçirib. Tank əleyhinə silahların seriya nömrələri qeydə alınıb və fotoşəkilləri çəkilib.
 
Qeyd edək ki, iyunun sonunda Madriddə NATO sammiti keçiriləcək və burada Alyansa üzv dövlətlərin başçıları görüşəcək.

Bizimlə əlaqə saxlayın