20 
iyn
2022
02:15
56

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Türkiyədə minarəsi samovar şəklində məscid inşa edildi - FOTO

20 iyn, 2022
02:15
1256

Giresunda minarəsi samovar şəklində olan Yaşıl Məscidin inşası tamamlanıb.
Vilayətin Eynəsil rayonundakı ibadətgahın əsası 1987-ci ildə qoyulub.
Yaşıl Məscid Səlcuq və Osmanlı memarlığından ilhamlanaraq layihələndirilib.
Yerli dərnəyin sədri Ayhan Tufanoğlu minarənin formasını yerli çay ənənələrinin təbliği ilə izah edib.
“Bura çayın məmləkətidir. Beş çay fabrikimiz var. Biz çayımızı tanıtmaq, təbliğ etmək istədik. Samovarda çay içməyin başqa mənası var. İnsanlar samovarın ətrafına toplaşır. Bu baxımdan samovar insanları birləşdirən yaxşı bir rəmzdir”., - deyə o, bildirib.
Mənbə: “Haber Global”

Bizimlə əlaqə saxlayın