E-mail: [email protected]
Türkiyə ən çox qaçqın olan ölkədir - Ərdoğan
Son 7 ildə dünyada ən çox qaçqına ev sahibliyi edən ölkəyik. Ümid edirəm ki, tariximizin, mədəniyyətimizin, inancımızın bizə qoyduğu bu vəzifəni bundan sonra da layiqincə yerinə yetirəcəyik.
Turkdunyasi.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, İkinci Dünya Müharibəsindən sonra ən böyük insan axınının yaşandığı dövrdə heç kim öz məsuliyyətindən qaça bilməz.
Ərdoğan hər gün Yunanıstan təhlükəsizlik qüvvələri tərəfindən təqib edilən, qarət olunan, döyülən, hətta öldürülən qaçqınların acınacaqlı vəziyyətinə şahidlik edildiyini söyləyib.
“Əslində, miqrasiya və qaçqınlar məsələsində real yükü yüksək səslə danışan inkişaf etmiş cəmiyyətlər deyil, bizim kimi böhranlı bölgələrə qonşu olan ölkələr çəkir”, - Türkiyə lideri vurğulayıb.