21 
iyn
2022
19:16
63

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Səfər Mehdiyev istefa verəcək? - AÇIQLAMA

21 iyn, 2022
19:16
1263

Dövlət Gömrük Komitəsinin yüksək vəzifəlilərinin fəaliyyətinin təftiş olunması ölkə gündəmini zəbt edib.
Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində DGK-nin bir sıra yüksək çinli məmurunun saxlanıldığı iddia olunur.
Mediada ard-arda yayılan məlumatlardan da görünür ki, Dövlət Gömrük Komitəsinin bir sıra şəxslərinin istefa verməsini şərtləndirən faktoloji məqam yetişib. Belə ki, yaxın keçmişdə Səfər Mehdiyev açıqlamalarından birində “Gömrükdə rüşvət olarsa, istefa verəcəm” deyə bildirmişdi. 
Maraqlıdır, Səfər Mehdiyevin də timsalında Dövlət Gömrük Komitəsinin aqibəti necə olacaq?
İqtisadçı alim Nazim Bəydəmirli isə hesab edir ki, Gömrük Komitəsi ləğv olunmalıdır:
“Kiminsə dəyişməsi, rəhbər qoyulması və ya Səfər Mehdiyevin çıxarılması heç nəyi dəyişməyəcək. Köklü islahatlara ehtiyac var. Gömrük Kömitəsi deyilən qurum bütün ölkələrdəkinin əksinə olaraq Azərbaycanda mərkəzi icra orqanı sayılır. Halbuki bütün dünyada bu gömrük xidmətidir və xidmət etmək üçün nəzərdə tutulub. O müxtəlif fiskal orqanların tabeliçiliyindədir. 
Fikrimcə, onun funksiyaları gömrük xidməti kimi İqtisadiyyat Nazirliyinin tabeliyində olan Vergi Xidmətinin yanında olmalıdır”.
Millət vəkili Razı Nurullayev isə açıqlamasında hər bir dövlət qurumunda nöqsanların olmasının mümkünlüyünü qeyd edib:
“Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev doğurdan da belə bir cümlə işlətmişdi. Bu fikri o vaxt da, indi də daha çox məcazi mənada qəbul edirəm. Yəni mümkün deyil ki, hansısa qurum yüz faiz şəffaf işləyə bilsin.
Orada mütləq bir nəfər tapılacaq ki, o, hanısısa qeyri-qanuni əmələ yol versin. Hazırda Dövlət Gömrük Komitəsində keçirilən həbslərlə bağlı heç nə bilmədiyim üçün ona münasibət bildirmək də etik olmaz. Ümumilikdə, bu şəkildə həbslərin keçirilməsi ondan xəbər verir ki, Cənab Prezident korrupsiya və rüşvətxorluqla mübarizə məsələsində qətiyyətli və davamlıdır. Dövlət qurumları fəaliyyətində daha çox şəffaflığın əldə olunmasına addım atsalar, öz xeyirlərinədir”.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Dövlət Gömrük Komitəsində keçirilən xüsusi əməliyyat tədbirləri davam edir.Bizim.Media

Bizimlə əlaqə saxlayın