22 
iyn
2022
14:47
123

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Rüşvətxor məmurlara ömürlük həbs cəzası verilsin! - TƏKLİF

22 iyn, 2022
14:47
25123

Azərbaycanda antikorrupsiya həbslərinin yeni dalğası davam edir. Bu dəfə Dövlət Gömrük Komitəsinin strukturlarında korrupsiyaya qarşı əməliyyat keçirilib. Əməliyyat barədə hələlik rəsmi məlumat verilməsə də, saxlanılan şəxslər arasında yüksək vəzifə sahiblərinin olduğu bildirilir. 
 
Oxşar tədbirlər bundan öncə digər qurumlar həyata keçirilib. Lakin görünən odur ki, ölkə rəhbərliyi tərəfindən edilən xəbərdarlıqlara, habelə həbslərə baxmayaraq, qanunsuz yollarla varlanmaq istəyən, rüşvət bataqlığından xilas olmağa can atmayan məmurlar hələ də iş başındadır. 
 
Bəs, rüşvətxor məmurlardan birdəfəlik xilas olmaq mümkündürmü? Bəlkə, cəzalar sərtləşdirilsin?
 

 
Bu barədə Modern.az-a danışan hüquqşünas Əkrəm Həsənov korrupsiyaya qarşı görüləcək işlərin çox olduğunu bildirib. Onun sözlərinə görə, bütün dövlət məmurları gəlir və xərclərin bəyannaməsini verməlidir:
 
"Bu barədə qanun qəbul olunmalıdır, bütün sivil ölkələrdə bu cür qanunlar var. Dövlət məmuru və onun ailə üzvləri hər ay nə qazanır, nə qədər xərcləyir, bunlar hesabatda qeyd olunmalıdır ki, dövlət onların öz maaşı ilə dolandığını bilsin. Məmurların geyindiyi kostyumun qiyməti, özləri və ailə üzvlərinin gəzdiyi xarici ölkələr, sahibi olduqları maşınların və bağların qiyməti maaşınlarından dəfələrlə çoxdur. Dövlət reyesteri açıq olmalıdır, söhbət ilk növbədə daşınmaz əmlakın dövlət reyestrindən və kommersiya hüquqi şəxslərinin reyestrindən gedir. İstənilən şəxs sayta daxil olub, kiməsə mənsub olan daşınmaz əmlakı görməlidir. Bu məlumat açıq olmalıdır, görməliyik ki, hansı villa kimə məxsusdur".
 

Hüquqşünas xatırladıb ki, 10 il bundan əvvəl məmurlarla bağlı məlumatlar açıq idi:
 
"Azərbaycanda dövlətsatınalmaları tam şəffaf olmalıdır. İlk növbədə “Dövlətsatınalmaları haqqında” qanun dəyişməlidir. Bütün dövlət qurumları şəffaf büdcəyə keçməlidir, hər ay öz saytlarında dərc etməlidirlər ki, nə aldılar, haradan aldılar, neçəyə aldılar. Ən sonda dövlətin verdiyi bütün güzəştli kreditlər şəffaf olmalıdır. Söhbət həm ipoteka kreditindən, həm Sahibkarlığın İnkişafı Fondunun verdiyi kreditdən, həm də Kənd Təsərrüfatı Naziriliyinin verdiyi kreditlərdən gedir. Sadaladığım şərtlərlə paralel olaraq dövlət işçilərinə ən yüksək maaş verilməlidir”.
 

 
Ə.Həsənov rüşvət alan şəxslərə ömürlük həbs cəzasının verilməsini təklif edib:
 
“Dövlət işində maaş yüksək deyil, ancaq orada çalışanlar qanunsuz yolla “qaz vurub, qazan doldura” bilirlər. Təklif edirəm ki, dövlət sektorunda maaşları artıraq, amma onları ağır məsuliyyətə cəlb edək. Bizdə dövlət işçilərinin əksəriyyətinin gözü kölgəlidir. Əgər maaş yüksək olarsa, savadlı kadr yalnız xalqı üçün çalışacaq və heç nədən, heç kimdən qorxmayacaq”.

Bizimlə əlaqə saxlayın