22 
iyn
2022
17:09
116

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İrşad Abbasov Həm Nüfuzlu Ziyalıdır, Həm də, Qayğıkeş Rəhbər Şəxsdir.

22 iyn, 2022
17:09
23116

Müdriklər deyib "Yüz eşitməkdənsə, bir görmək yaxşıdır".
Həzrəti Əli Əleyhissalam da buyurub ki, "İnsan dilinin arxasında gizlənib. Ey adam, danış, deyim sən kimsən'

Bu həqiqətən belədir. Bəzən elə insan haqqında qulağımız elə gözəl sözlər eşidir, elə müsbət fikirlər səslənir ki, psixoloji olaraq, bu sözləri eşidənlər, haqqında danışılan şəxsi "mələk donu"nda görürlər. Lakin, həmin şəxslə üz-üzə gəlib, beşcə dəqiqə həmsöhbət olduqda, gözümüzün önündə həmin "mələk" yavaş-yavaş "eybəcər"ləşir. Barəsində qurulan o gözəl cümlələrin, əslində "ödənişli cümlələr" olduğunu və o şəxsə zərrəcə aidiyyatı olmadığını görürük.
Yaxud da əksinə, bəzən bir insan haqqında o qədər qorxunc sözlər deyilir ki, görmədən, tanımadan artıq həmin insana qarşı o sözləri eşidənlərin kini, nifrəti yaranır. Yuxarıda qeyd etdiyimiz şəxslərin əksinə olaraq, haqqında mənfi deyilən insan təsəvvürümüzdə tam bir "şeytan" obrazı kimi canlanır.

"Turkdunyasi.az" olaraq, doğruları yazmaq çox zaman bizi tənqid yazmağa vadar edir. Çünki, təəssüflə qeyd edirik ki, həm redaksiyamıza edilən çoxsaylı vətəndaş müraciətləri, həm də səfərlərimiz zamanı özümüzün də gördüklərimiz qələmimizə tənqid yazdıran səbəblərdən olur. Lakin, xüsusi vurğulamaq istəyirik ki, tənqid yazmaq bizim nə seçimimizdir, nə də hobbimiz. Bizim yeganə hədəfimiz, cəmiyyəti doğrularla tanış etməkdir.

Söhbət səfərlərdən düşmüşkən, "Turkdunyasi.az" kollektivi olaraq, bu günlərdə İsmayıllı rayonuna işgüzar səfərimiz zamanı yolüstü Azərbaycanımızın dilbər guşələrindən biri olan Göyçay rayonundan keçərkən, təbiətin gözəlliyi ilə bərabər şahidi olduğumuz təmiz, abad, səliqə-səhmanli küçələr, yaşayış əraziləri diqqətimizi çəkdi. Odur ki, sadaladığımız yüksək keyfiyyətlərə baxmaqdan gözümüzü ala bilmədiyimiz üçün, biraz ayaq saxlayıb, təbiət qoynunda bir çay içmək qərarına gəldik.

Oturub çay içərkən də peşəmizin verdiyi adətimiz üzrə ətrafdakı insanlarla həmsöhbət olub, yaşadıqları Göyçay rayonunda nələrdən, kimlərdən razı, yaxud narazı olduqlarını xəbər aldıq.

Sözsüz ki, Göyçay Dövlət İdarəetmə və texnologiya kollecinin direktoru barəsində yayılan bəzi mənfi məlumatlar hər kəsə məlumdur. Elə bu yazıların da nə dərəcədə doğru olub-olmadığı marağıyla, sakinlərdən  İrşad Abbasov barəsində fikirlərini də soruşduq. Amma, Allah var, İrşad müəllimlə görüşməsəkdə narazılıq edən bir nəfər belə olmadı. Hər kəs bir ağızdan İrşad Abbasov, barəsində ağzını dua ilə açdı. Hər cümlələrinin başında "Sağolsun İrşad müəllimi tələbələrə çox köməklik edib, dəstək olur. Hələ yan masada əyləşən ziyalı sakinlər İrşad müəllim haqqında hörmətlə danışıb, onun dövlətə, dövlətçiliyə göstərdiyi sadiq xidmətlərindən, insanlarla qurduğu səmimi ünsiyyətindən danışıb təhsilədə böyük töhvə verdiyinidə qeyd etdilər. Doğrusu Göyçay rayonunda təhsil müəssisəsində, rəhbər vəzifədə çalışan İrşad müəllimin rayon sakinlərinin ürəyində və dilində bu cür xoş cümlələr içərisində adının keçməsi Vətəndaş eyni zamanda, media mənsubu olaraq bizi də qürurlandırdı. Lakin bəzi media nümayəndələrinin  heç bir araşdırma aparmadan, əsaslı fakt olmadan ağızdan eşıtdiklərini bir azda şişirib yazmaqları başa düşülən deyil. Bu çox böyük haqqsızlıqdır, ədalətsizlikdir, eyni zamanda qarşı tərəfin haqqına girməkdir. Belə haqqsızlıq İslam dinində də, günah sayılır. kiminsə haqqında yazanda da, vicdanla haqqı bildirmək lazımdır.

Nəhayət ki, qulağımız heçolmasa adı çəkilən müəllim barəsində deyilən ürəkaçan sözlərin şahidi oldu.

Dəyərli izləyicilər, bu tərif deyil, adımızdan da göründüyü kimi doğru bildiklərimizdir.

Bu yazını oxuyarkən, ağlınıza ilk nələrin gələcəyini təxmin edirik. Amma, xüsusi vurğulamaq istəyirik ki, bu o demək deyil ki,biz Göyçay rayonunda baş verənlər barəsində heç vaxt tənqid yazmayacağıq. Dediyimiz kimi, "Düzə düz - əyriyə əyri"!.
Bu dəfə bunları gördük, bunları yazdıq. Nöqsanlar görsəydik, əlbəttə ki, nöqsanları da yazacaqdıq.

Amma, inşallah ki, hörmətli İrşad müəllim kimi, digər səlahiyyətli şəxslər də sükanı sonuna qədər belə saxlayacaqlarına ümid edirik.

Kimliyindən asılı olmayaraq - mədəniyyət, insanlarla ünsiyyət və idarəetmə bacarığı insanda ilk növbədə yaranışdan, ikinci növbədə ailədən gəlir, bu sonradan qazanılması mümkün olmayan amildir. İrşad müəllimdə bugünə qədər bu hörməti qazanmağı bacarıbsa, qorumağı da bacaracağına əminik. 


Müəllif: Mübariz Nağıyev.

Bizimlə əlaqə saxlayın