24 
iyn
2022
02:33
53

Tel:+99450 352 82 91
E-mail: [email protected]

BMT: Ukraynada müharibə nəticəsində azı 4662 mülki şəxs ölüb, 5803 nəfər yaralanıb

24 iyn, 2022
02:33
1253

Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı fevralın 24-dən iyunun 22-si saat 00:00-a qədər mülki əhali arasında zərərçəkənlərin sayı 10 465 (bir gün əvvəl - 10 403) nəfər təşkil edib ki, onlardan da 4 662 (4 634) nəfəri həlak olub.
Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb.
“Mülki əhali arasında ölüm və ya yaralanma hallarının əksəriyyəti geniş təsir sahəsinə malik partlayıcı qurğuların istifadəsi, o cümlədən ağır artilleriya və çoxsaylı reaktiv raket sistemlərindən atəşə, həmçinin raket və hava zərbələri nəticəsində baş verib”, - məlumatda deyilir.
BMT-nin təsdiqlənmiş məlumatlarına görə, ölənlərdən 1789-i kişi, 1207-i qadın, 148-i oğlan və 131-i qız olub. 41 uşaq və 1346 yetkin şəxsin isə cinsi mənsubiyyətihələ müəyyən edilməyib.
Mənbə: interfax.com.ua

Bizimlə əlaqə saxlayın