24 
iyn
2022
10:01
59

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Paytaxt yollarında son vəziyyət: Sıxlıq olan küçələrin SİYAHISI

24 iyn, 2022
10:01
1259

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Mərkəzdən bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
1. Bakı Sumqayıt şossesi - Xırdalan dairəsindən başlayaraq “20 Yanvar” dairəsinə qədər sıxlıq müşahidə edilir.
2. Ziya Bünyadov prospekti - Çermet körpüsünün üzərindən başlayaraq Atatürk prospekti ilə kəsişməyə qədər “20 Yanvar” dairəsi istiqamətdə sıxlıq müşahidə edilir.
3. Tbilisi prospekti - “20 Yanvar” dairəsindən başlayaraq mərkəz istiqamətində sıxlıq müşahidə edilir.
4. Heydər Əliyev prospekti - şəhər istiqamətdə “Koroğlu” metro stansiyasının qarşısından başlayaraq Heydər Əliyev Mərkəzinin qarşısına qədər sıxlıq müşahidə edilir.
5. Koroğlu Rəhimov küçəsi - Həsən Əliyev küçəsi ilə kəsişməyə qədər həmin istiqamətdə sıxlıq müşahidə edilir.
6. Alı Mustafayev küçəsi - velotrekin qarşısından başlayaraq Ziya Bünyadov prospekti istiqamətdə Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə edilir.
7. Badamdar şossesi - Nəbatat bağının qarşısından başlayaraq Parlament prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə edilir.
8. 28 May küçəsi - Səməd Vurğun parkının qarşısından başlayaraq Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə edilir.
9. Üzeyir Hacıbəyli küçəsi - Yusif Səfərov küçəsi ilə kəsişmədən başlayaraq Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə edilir.
10. Bakıxanov küçəsi - Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən başlayaraq Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə edilir.

Bizimlə əlaqə saxlayın