24 
iyn
2022
10:16
63

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Qadın işləmək istəmədiyi üçün atasının 12 milyon dollarlıq mirasını ala bilmir

24 iyn, 2022
10:16
1263

Avstraliyalı qadın mərhum atasının iş tapmaq şərtini yerinə yetirməkdən imtina etdiyi üçün 12 milyon dollarlıq mirasını ala bilmir.
26 yaşlı Kler Braunun sözlərinə görə, milyonların varisi olmaq üçün o, işə düzəlməli və “cəmiyyət üçün faydalı bir şey” etməlidir. Lakin səhhətinə görə qadın bunu edə bilmir və müavinətlərlə yaşamaq məcburiyyyətindədir.
Kler bildirib ki, atası sağlığında hər həftə ona 500 dollar ödəyib. Qız elit məktəbdə oxuyub və heç nəyə görə narahat olmayıb. Amma indi dolanışığını çətinliklə qarşılayır.
Braun ailəsi hesab edir ki, Kler heç bir yerdə işləməməyə və atasının pulu ilə yaşamağa öyrəşdiyi üçün sadəcə bəhanə axtarır.
Qeyd edək ki, qadın atasının istəyi ilə razılaşmaq əvəzinə, məhkəməyə müraciət edib.
Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın