24 
iyn
2022
10:18
61

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Selə görə maşının içində köməksiz qalan qadın çətinliklə xilas edilib - VİDEO

24 iyn, 2022
10:18
1261

Çinin Quanqdonq əyalətində sel fəlakəti zamanı avtomobilində köməksiz qalan qadın polis qrupunun uzun sürən səyləri nəticəsində xilas edilib.
Əyalətin Yingde şəhərində sürətlə axan sel suları altında avtomobilində qalan qadın polisdən kömək istəyib. Zəngi alan polis sel sularında sürüklənmə təhlükəsi ilə üzləşən qadını xilas etmək üçün hərəkətə keçib.
Əraziyə gələn qrup qadına ipin köməyi ilə dəfələrlə çatmağa çalışsa da, sürətlə axan su səbəbindən buna nail ola bilməyib. Yenə də ipin köməyi ilə irəliləyən polis uzun səylər nəticəsində qadını xilas edə bilib.
Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın