27 
iyn
2022
01:30
307

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Mirəlif Əzizovun Yanacaq Biznesi- VİDEO-FAKT

27 iyn, 2022
01:30
21307

Turkdunyasi.az xəbər verir ki, Kürdəmirdə dövlətin əmlakını belə talayırlar.Özü də göz görə-görə…  Rayon sakini Sakit Məmmədovun  redaksiyazmıza göndərdiyi videomaterial bu yeyiniti faktını təsdiq edir. Belə ki, Kürdəmir suvarma sistemləri idarəsinin əməkdaşları idarənin yanacağını kapron kanistrlərə tökrək satmağa aparır. Videodan da göründüyü kimi 100 litrdən artıq dövlət yanacağı satılaraq talan edilir. Kimlərsə külli miqdarda pul qazanır. Videonu göndərən Sakit Məmmədov iddia edir ki, bu dövlət əmlakını talamadan idarə rəisi Mirəlif Əzizovun şəxsən xəbəri var. Əgər belə olmasaydı, sözügedən idarə əməkdaşları cürət edib açıq-aşkar şəkildə qanunsuz dövlətin idarəyə verdiyi yanacağı oğurlayıb sata bilməzdilər. Bir sözlə, görünən dağa bələdçi lazım deyil. Elə əsl bələdçi geniş maliyyə imkanlarına malik idarə rəisi Mirəlif Əzizovun özüdü. Maraqlıdır, görəsən, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılovun bu talançılıqdan xəbəri varmı? Əgər varsa, çox pis, yoxdursa,rəzalət...
İnanırıq ki, sədr Zaur Mikayılov və Azərbaycanın hüquq-mühafizə oraqnları bu dövləti cinayəti araşdıracaq və dövlət əmlakını talan edənlər qanun qarşısında acavab verəcək.

Qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq.


Bizimlə əlaqə saxlayın