E-mail: [email protected]
Prezident ordu ilə bağlı TAPŞIRIQ VERİB
"Cənab Prezidentin tapşırğı və tələbi ondan ibarətdir ki, Azərbaycan Ordusu ən yüksək səviyyədə yenidən qurulsun".
Modern.az xəbər verir ki, bunu AzTV-yə açıqlamasında müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
Z.Həsənov bildirib ki, ölkə başçısının tapşırığı yerinə yetirilir:
“Tələb bundan ibarətdir ki, ordunun döyüş hazırlığı və qabiliyyəti yüksək səviyyədə təşkil edilsin. Ordumuz yeni, müasir silahlarla təmin olunsun. Bilirsiniz ki, biz müharibədən sonra öz işimizi davam etdiririk. Dünyada gedən hərbi qarşıdurmaları dərindən öyrənirik, onların üstünlüklərini və nöqsanlarını təhlil edirik. O təcrübələri özümüzdə tətbiq edirik. Minlərlə insan gecə-gündüz fəaliyyətdədir. Onlar öz millətinə, xalqına xidmət edir. Buna görə də Azərbaycan xalqı hər zaman öz ordusuna sevgilə yanaşıb. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra bu sevgi daha da gücləndi”.