28 
iyn
2022
17:53
82

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bakıda məktəb YANIR - YENİLƏNİB

28 iyn, 2022
17:53
1282

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Sabunçu rayonu 68 nömrəli tam orta məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb. 
Qurumdan Oxu.Az-a bildirilib ki, hadisə təxminən saat 16:30 radələrində naməlum səbəbdən baş verib.
Yanğın məktəbin əsas tədris binasının 2-ci mərtəbəsində olub.
Qeyd edilib ki, hadisə zamanı xəsarət alan yoxdur.
17:24
Bakıda məktəbdə yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta məktəb binasında yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın