E-mail: [email protected]
Narkomanlığın zərərləri ilə bağlı sosial çarxlar reklam lövhələrində yayımlanır
Bakı, 28 iyun
Narkomanlığın zərərləri ilə bağlı sosial çarxların reklam lövhələrində yayımlanmasına başlanıb.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupundan məlumat verilib.
İctimai maarifləndirmə tədbirlərinin əhatəsinin genişləndirilməsi məqsədi ilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun Azərbaycan Dövlət Reklam Agentliyi ilə əməkdaşlığı çərçivəsində “802 - qaynar xətt”, “Narkotik sərhədsiz fəlakətdir” adlı videoçarxların iyunun 25-dən etibarən Bakı şəhərinin Dilarə Əliyeva, Yusif Səfərov, Səməd Vurğun, Landau, Atatürk, Azadliq, Neftçilər və digər küçə və prospektlərindəki elektron reklam lövhələrində nümayişinə başlanılıb və uzun müddət yayımlanması nəzərdə tutulub.