E-mail: [email protected]
NATO baş katibi Ərdoğana təşəkkür etdi
NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyə, İsveç və Finlandiya liderlərinə təşəkkür edib.
Modern.az xəbər verir ki, bu barədə o, tvitter hesabında paylaşım edib.
“İndi bizim Finlandiya və İsveçin NATO-ya üzv olmasına yol açan sazişimiz var. Bu tarixi qərarı mümkün edən konstruktiv ruha görə Prezident Ərdoğana, Niinistoya və İsveçin Baş nazirinə təşəkkür edirəm”, - deyə Stoltenberq yazıb.
Xatırladaq ki, NATO-nun Madrid sammiti çərçivəsində Türkiyə, Finlandiya və İsveç heyətləri arasında görüş keçirilib. NATO-nun Baş katibi Yens Stoltenberqin iştirakı ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö və İsveçin Baş naziri Maqdalena Andersson bir araya gəliblər.
Dördtərəfli görüşdə Finlandiya və İsveçin hərbi alyansa üzvlük müraciəti müzakirə olunub. Üç ölkə başçısının görüşündə əldə olunan razılıq nəticəsində Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı veto hüququndan imtina edib.