29 
iyn
2022
22:03
95

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ərdoğan Baydenlə görüşdü – YENİLƏNİB + VİDEO

29 iyn, 2022
22:03
1295

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasındakı görüş başa çatıb.
Mətbuata qapalı keçirilən görüş təxminən 1 saat davam edib.
Ərdoğan uzun fasilədən sonra yenidən ABŞ prezidentilə görüşməkdən məmnun olduğunu bildirib.
Bayden isə öz növbəsində taxıl dəhlizinin formalaşdırılması istiqamətində, eləcə də İsveç və Finlandiyanın NATO üzvlüyünə yol açdığı üçün Türkiyə dövlət başçısına təşəkkür edib. 
Mənbə: Anadolu
20:04
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında görüş başlayıb.
Danışıqlar bu gün İspaniyanın paytaxtı Madriddə keçirilən NATO sammiti çərçivəsində baş tutub.
Görüşün bir saata yaxın davam edəcəyi bildirilir.

Mənbə: TRT

Bizimlə əlaqə saxlayın