30 
iyn
2022
00:50
69

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Putin: “Rusiyanın baş naziri və Dövlət Duması sədrinin Azərbaycana səfəri hazırlanır”

30 iyn, 2022
00:50
1669

Rusiya prezidenti Vladimir Putin ölkənin baş naziri Mişustinin və Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Azərbaycana səfər edəcəklərini açıqlayıb.
O, bu barədə Aşqabadda Xəzər sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı məlumat verib.
Putin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu yaxınlarda Bakıya səfər etdiyini xatırladıb.
“Vaxtınızı ayırıb onu qəbul etdiyiniz üçün təşəkkür edirəm. Baş nazirimizin və Dövlət Dumasının sədrinin səfəri hazırlanır”, - deyə Rusiya prezidenti bildirib.
Mənbə: lenta.ru

Bizimlə əlaqə saxlayın