30 
iyn
2022
00:55
89

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Qaribaşvili Şarl Mişellə görüşdü

30 iyn, 2022
00:55
1289

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə görüşüb.
 
Turkdunyasi.az xəbər verir ki, bu barədə Gürcüstanın baş nazirinin mətbuat xidməti açıqlama verib.
 
Məlumata əsasən, İrakli Qaribaşvilinin Madridə səfəri çərçivəsində baş tutan görüşdə Gürcüstanın Avropa perspektivinin müzakirəsinə xüsusi diqqət yetirilib.
 
"Baş nazir qeyd edib ki, Gürcüstana Avropa perspektivinin verilməsi tarixi qərardır. Eyni zamanda, Avropa Şurası və Aİ-yə üzv ölkələrin liderləri Gürcüstanın gələcəyinin Aİ-də olduğunu təsdiqləyiblər. Hökumət başçısı qeyd edib ki, Gürcüstan namizəd statusunun verilməsi ilə bağlı Avropa Komissiyasının tövsiyələrinin yerinə yetirilməsi üzərində fəal işləyəcək.
 
Baş nazirin sözlərinə görə, avrointeqrasiyası təkcə hər hansı hökumətin deyil, həm də gürcü xalqının seçimidir. İrakli Qaribaşvili Şarl Mişelə Gürcüstanın avrointeqrasiyası yolunda şəxsi səylərinə, eləcə də Gürcüstanın Avropa perspektivini dəstəklədiyinə görə təşəkkür edib", - deyə mətbuat xidmətinin açıqlamasında bildirilib.

Bizimlə əlaqə saxlayın