E-mail: [email protected]
"Azərbaycan Nəşriyyatı" MMC-nin direktoru Leyla Güləliyeva Əmək Məcəlləsinə NİYƏ ƏMƏL ETMİR?
10 nəfəri işdən qanunsuz çıxarandirektor 9 aydan sonra məzuniyyətə çıxıb
Bir nüçə gün öncə ""Azərbaycan" Nəşriyyatında baş verən ziddiyyət və ayrıseçkilik HƏR GÜN GÜCLƏNİR" başlıqlı yazı ictimailəşdirildikdən sonra ""Azərbaycan" Nəşriyyatın rəhbərliyindən münasibət önrənməyə çalışsaqda hələ də rəhbərlik susur və heç bir açıqlama vermək istəmirlər.
Bununla belə "Azərbaycan Nəşriyyatı"nda direktor dəyişikliyindən sonra baş verən qanunsuz hallar burada durmadan sürətlə davam edir.
Prezident Administrasiyaının İşlər İdarəsinin rəhbəri, eks-nazir Ramin Quluzadənin "Azərbaycan Nəşriyyatı"na təyin etdirdiyi xanım direktor Leyla Güləliyeva heç nəyə baxmadan, Əmək Məcəlləsini ayaq altına ataraq, heç bir hüquqi əsas olmadan nəşriyyatda çalışan çoxstajlı işçilərdən 11 nəfəri işdən çıxarıb.
İşdən qaninsuz çıxarılan şəxslər bunlardır:
1. Rauf Cəfərov
2. Fərid Səmədov
3. Məhəmmıd Mustafayev
4. Etibar Hümbətov
5. Ləbib Ləbibov
6. Cavanşir Hüseynov
7. Tamella Rzayeva
8. Aidə Kərəmzadə
9. Dilbər Şıxəliyeva
10. Cəmilə Əzizova
11. Qalib Əsgərov
Nəşriyyatda uzun illər çalışmış bu vətəndaşları Prezident Administrasiyaının İşlər İdarəsinin rəhbəri, eks-nazir Ramin Quluzadənin tapşırığı əsasında "struktur islahatı" adı ilə işdən çıxaran Leyla Güləliyeva mövcud şöbələri ləğv edib, yeni şöbələr yardaraq, həmin şöbələrə Ramin Quluzadənin və özünün qohumlarını, yaxınlarını işə götürüb, əmək haqqıları isə belə müəyyən edib:
direktora - 9.500 manat,
Maliyyə şöbəsinin müdirinə - 8.000 manat,
direktorun 3 müşavirinin hər birinə - 4.250 manat,
Mühafizə şöbəsinin müdirinə - 1200 manat əmək haqqı ilı işə götürüb.
Ramin Quluzadənin tapşırığı əsasında Leyla Güləliyeva aşağıdakıları "Azərbaycan Nəşriyyatı" MMC-yə işə götürüb:
1. Anar Mustafayev
2. Elşən Səfərov
3. Anar Qədirov
4. Elvin Köçərili
5. Emin Hüseynov
6. Araz Əhmədov
7. Samir Səmədzadə
8. Rövşən Şıxlı
9. Ceyhun Vəzirov
10. Elxan İmanov
Prezident Administrasiyasının İşlər İdarəsinin rəhbəri, eks-nazir Ramin Quluzadənin müdaxiləsilə "Azərbaycan Nəşriyyatı" MMC-nin direktor Leyla Güləliyeva "Azərbaycan Əmək Məcəlləsini" kobud pozaraq, adları yuxarıda qeyd olunmuş şəxsləri yerinə işə götürüb.
İşdən çıxarılan insanlar işdən qanunsuz çıxarılmaları barədə hələ də düşünürlər ki, "Azərbaycan Əmək Məcəlləsi haqqında" Qanun daha işləmir, yoxsa direktor Leyla Güləliyeva və onu idarə edən Ramin Quluzadə bu qanundan xəbərsizdir?!
Araşdırmamız davam edir. Bizi izləyin.
Mirdaməd
MillətinSəsi.info