30 
iyn
2022
20:20
90

Tel:+99450 352 82 91
E-mail: [email protected]

DVX rəsmisi: “Əmək müqavilələrində real əməkhaqqı göstərilməlidir”

30 iyn, 2022
20:20
1290

Ölkədə özəl sektorda 300-500 manat arası əmək haqqı ilə bağlanan müqavilələr həmin sektor üzrə ümumi işçi saylarının təxminən 35 faizini təşkil edir.
Turkdunyasi.az xəbər verir ki, bu fikirləri Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə deyib.
N.Vahabzadənin sözlərinə görə, bəzi hallarda əmək müqaviləsində qeyd edilən rəqəm real əldə edilən rəqəmdən az  qeyd edilir.
“Bu gün əmək müqavilələrində real  əmək haqqının göstərilməsi daha yaxşıdır. Çünki, işəgötürən vaxtıilə  əmək müqaviləsi imzalanan zaman minimum əmək haqqı 250 AZN göstərirdisə, bu gün təqdim etdiyi bəyannamədə işçiyə ödədiyi əmək haqqı müqavilədəki əmək haqqından  daha çoxdur. Biz də vergi ödəyicilərinə tövsiyyə edirik ki, işçiyə ödədiyi əmək haqqının məbləğini mütləq əmək müqaviləsində də düzəliş edərək qeyd etsin”.
“Bu gün bazada 16 mindən çox aktiv əmək müqaviləsi var ki, orada əmək haqqı 300 manatdan aşağı göstərilib. Bununla bağlı vergi ödəyicilərinə xəbərdarlıqlar edilmişdir.  Məlum olduğu kimi, bu gün əsas iş yeri və tam iş saatı olaraq ölkədə minimum 300 manatdan aşağı əmək haqqı yoxdur. Əlavə iş yerlərində bu mümkündür, lakin əsas iş yeri və tam iş qrafikinə əmək haqqı mütləq minimum 300 manat və daha yuxarı olmalıdır”, - deyə N.Vahabzadə qeyd edib.

Bizimlə əlaqə saxlayın