iyl
2022
21:41
98

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Gömrük Komitəsində daha bir əməliyyat - Rəis müavinləri saxlanıldı

1 iyl, 2022
21:41
1298

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Gömrük Komitəsində əməliyyat keçirib.
Sabah.az-ın məlumatına görə, əməliyyatda Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov saxlanılıb.
Əməliyyatla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.
Qeyd edək ki, DTX bir neçə gün öncə də Gömrük Komitəsində əməliyyat keçirmişdi. Əməliyyat zamanı “Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov saxlanılmışdı. Məhkəmənin qərarına əsasən, Ehtiram Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın