iyl
2022
10:16
84

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bu gün Azərbaycanda Polis Günüdür

2 iyl, 2022
10:16
1284

2 iyul Azərbaycanda Polis Günüdür.
Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı fərmana əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib.
Azərbaycan polisi Birinci Qarabağ Müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Daxili işlər orqanlarının və daxili qoşunların doqquz yüzdən çox şəxsi heyəti bu müharibədə şəhid olub.
Polisin sıralarında xeyli sayda “Milli Qəhrəman” adına, habelə orden və medallarla təltifə layiq görülənlər var. Elə koronavirusla mübarizədə də onların üzərinə böyük yük düşüb.

Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işləri beynəlxalq təşkilatlar, dünya dövlətləri də yüksək dəyərləndirir. Buna görə də, bu gün Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərə, forumlara, konfranslara ev sahibliyi etməklə, dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi tanınır. Təbii ki, bu uğurların arxasında çətin və şərəfli xidmət aparan bütün hüquq-mühafizə orqanları ilə yanaşı Azərbaycan polisi də dayanır.
Turkdunyasi.az kollektivi Azərbaycan polisini peşə bayramı münasibəti ilə təbrik edir.
Çətin və şərəfli peşə sahibi olan Azərbaycan polisləri peşə bayramınız mübarək!


Bizimlə əlaqə saxlayın