iyl
2022
13:23
111

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Polis Günü Şuşada qeyd olundu - FOTO

2 iyl, 2022
13:23
9111

2 iyul - Polis Günü münasibəti ilə Şuşa şəhərində tədbir keçirilib. 
 
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən Modern.az-a verilən məlumata görə, Şuşa Rayonu Polis Şöbəsində baş tutan tədbirdə vaxtı ilə şəhərdə işləmiş veteran polis işçiləri də iştirak edib. 
 
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin Sədri Məftun Abbasov tədbir iştirakçılarını peşə bayramı münasibəti ilə təbrik edib. 
 
M.Abbasov qeyd edib ki, Azərbaycan daxili işlər orqanlarının əməkdaşları daim vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirirlər. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti Vətən müharibəsində də fədakarlıq və qəhrəmanlıq nümunələri göstərib. Bu gün işğaldan azad olunmuş ərazilərdə öz şərəfli xidmətini böyük əzm və peşəkarlıqla davam etdirirlər. 
 
Tədbirin sonunda polis əməkdaşlarına növbəti rütbələr və veteran polis əməkdaşlarına fəxri fərmanlar təqdim olunub.

Bizimlə əlaqə saxlayın