iyl
2022
17:10
173

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Biləsuvar rayon sakini Allahın ümidinə qalıb. İcra başçısından narazıdır/Foto

2 iyl, 2022
17:10
9173

Turkdunyasi.az informasiya portalının WhatsApp nömrəsinə Biləsuvar rayon sakini Aynur Babayeva müraciət edərək bildirir ki, şox acınacaqlı vəziyyətdə və səraitsiz evdə yaşayır. A.Babayeva evinin şəkillərini göndərərək bu sözləri qeyd edib. yazıb sizdən xahiş edirəm mənim bu fəryadımı işıqlandırasınız. vətəndaş qeyd edir ki, mən 14 yaşlı övladımla şəkildə gördüyünüz şəraitsiz və ev demək mümkündürsə bu komada yaşayıram. Bura isə "Aqrolizinq" ərazisi adlanır. A Babayeva qeyd edir ki, həyat yoldaşından 7 il əvvəl rəsmi şəkildə ayrılsada lakin alimentini ala bilmir. Vətəndaş bildirir ki, o, bu barədə rayon icra və probasiya şöbəsinə dəfələrlə müraciət etməsinə baxmayaraq icracılar bu barədə heç bir qanuni tədbir görməyiblər. Bundan başqa A.Babayeva deyir ki, özüm "Meqrin" xəstəsiyəm məhz bu səbəbdən işləyə bilmirəm. Ailəmiz isə yalnız 134 manat ünvanlı sosial yardım hesabına dolanır və başqa heç bir yerdən köməklik göstərilmir. Vətəndaş Babayeva bildirir ki, aldığım 134 manat yardım komunal xərclərimizə güclə catır. bundan başqa A. Babayeva onuda bildirir ki, bu ağır vəziyyətlə əlaqədar rayon icra başçısına müraciət etmişəm lakin heç bir köməklik və ya yardım olunmayıb. Belə ki, icra aparatından bildirildi ki, sən sosial yardım alırsan sənə heç bir köməklik edə bilmərik. Bu zaman icra hakimiyyətinə belə bir sual vermək istəyirəm sizin əməkdaşlarınız bir ay ərzində 134 manatla dolana bilərmi? Əlbəttə ki, yox. Təbii ki, icra başçısıda çox yaxşı bilir ki bu məvaciblə bir ay dolanmaq qəti mümkün deyil. Amma başçı üçün maraqlı deyil ki, vətəndaş hansı vəziyyətdə yaşayır acdır və ya susuzdur. Belə yerdə bir atalar sözünü xatırlatmaq yerinə düşər. Toxun acdan nə xəbəri var. Cənab başçı 134 manatla mən necə dolanım komunal xərclərimi ödəyim yoxsa qidamıza xərcləyim bəs övladımım geyimi təhsili və digər dərslik ləvazimatlarını bunların hamısını 134 manatla necə qarşılayım? Axı mən azərbaycan vətəndaşıyam mən bir anayam o ana ki, tək başına dövlətimizə əsgər böyüdürəm. Axı Cənab prezident İlham Əliyev hər bir icra başçısını təyin edər kən ona xüsusi tapşırıq verir ki, rəhbərlik bedəcəyiniz rayonda və şəhərdə vətəndaşların problemlərinə həssaslıqla yanaşın,  onlara diqqət, qayğı göstərin və köməklik edin. Beləmi dogruldursunuz ölkə başçısının etimadını? A.Babayeva qeyd edir ki, Bir sözlə mənimlə maraqlanan yoxdur tək Allahın ümidinə qalmışıq. Bizdə media nümayəndəsi olaraq vətəndaşın problemini işıqlandırdıq. Ümid edirik ki, Biləsuvar rayon icra aparatının xeyirxah, hümanist əməkdaşları A.Babayevanın səsinə səs verəcək, və bu ailəyə lazımı köməklik göstərəcəklər. Axı əl tutmaq Əlidən qalıb.

Mövzunu diqqətdə saxlayacayıq.

Qarşə tərəfi də dinləməyə hazırıq.

Bizimlə əlaqə saxlayın