E-mail: [email protected]
Göygöl rayon Polis şöbəsinin rəisi polis İşçilərinin Peşə bayramı günündə şəhid ailələrini ziyarət etdi.
Turkdunyasi.az xəbər verir ki, Göygöldə 2 iyul-Polis İşçilərinin Peşə bayramı günü qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə və Şəhidlər Xiyabanına çiçəklər düzüb, onların xatirəsini ehtiramla yad ediblər.
Göygöl rayon Polis Şöbəsinin rəisi Polis polkovnik-leytenantı Zaur Nəsirov çıxış edərək, Azərbaycan polisinin keçdiyi şərəfli yoldan danışıb. Azərbaycan polisinin ulu öndər Heydər Əliyevin dövlətçilik xəttinə, Prezident İlham Əliyevin müdrik siyasətinə həmişə sadiq olduğu, ölkəmizin sarsılmaz təməllər üzərində formalaşan ictimai-siyasi sabitlik şəraitində inkişafına, asayişin mühafizəsinə, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına mühüm töhfələr verdiyi vurğulayıb.
Digər çıxış edənlərdə əlamətdar gün münasibətilə polis işçilərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycan polisi bu gün dövlətçiliyimizin qorunub möhkəmlənməsində, sabitliyin və əmin-amanlığın qorunmasında böyük fədakarlıq göstərdiyi diqqətə çatdırıblar.
Daha sonra xidməti fəaliyyətdə fərqlənən bir qrup polis işçisi mükafatlandırılıb. Həmçinin polis veteranlarına şöbə rəhbərliyi tərəfindən qiymətli xatirə hədiyyələri verilib.
Polis əməkdaşlarını Vətən Müharibəsi qaziləri və şəhid ailələrinin üzvləri də ziyarət edərək əlamətdar gün münasibətilə təbrik ediblər.
Sonda Şöbə əməkdaşları şəhid ailələrini ziyarət edərək onlara bayram sovqatı təqdim edib