iyl
2022
21:56
112

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Əməkdaşlıq, dostluq və sülhə köklənən Xəzər - FOTO

2 iyl, 2022
21:56
12112

Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı 5 Xəzəryanı dövlət – Rusiya, Qazaxıstan, İran, Türkmənistan və Azərbaycan uzun illər müzakirələr aparıblar. Azərbaycan hər zaman Xəzərin sülh və əməkdaşlıq hövzəsi kimi təşəkkül tapmasının tərəfdarı qismində çıxış edib.
Bu barədə “Kaspi” qazetində məqalə dərc edilib.
Hələ 2002-ci ildə Türkmənistanda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində çıxış edən ümummilli lider Heydər Əliyev bildirib ki, Xəzər dənizinin hüquqi statusu məsələsinin sahilyanı dövlətlər arasında həlli onların suveren hüquqlarına hörmət, qarşılıqlı surətdə faydalı tərəfdaşlıq ruhunda, dinc vasitələrlə, danışıqlar yolu ilə həyata keçirilməlidir. Ulu öndər vurğulayıb ki, Xəzər dənizi Xəzəryanı ölkələrin mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq, dostluq, sülh və təhlükəsizlik dənizi olmalıdır. Ulu öndərin böyük uzaqgörənliklə söylədiyi fikirlər zamanla həyatda öz təsdiqini tapıb.
Hələ 2002-ci ildə Türkmənistanda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində çıxış edən ümummilli lider Heydər Əliyev bildirib ki, Xəzər dənizinin hüquqi statusu məsələsinin sahilyanı dövlətlər arasında həlli onların suveren hüquqlarına hörmət, qarşılıqlı surətdə faydalı tərəfdaşlıq ruhunda, dinc vasitələrlə, danışıqlar yolu ilə həyata keçirilməlidir. Ulu öndər vurğulayıb ki, Xəzər dənizi Xəzəryanı ölkələrin mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq, dostluq, sülh və təhlükəsizlik dənizi olmalıdır. Ulu öndərin böyük uzaqgörənliklə söylədiyi fikirlər zamanla həyatda öz təsdiqini tapıb.
Prezident İlham Əliyevin də iştirak etdiyi çoxsaylı görüşlərin, dövlət başçıları səviyyəsində aparılan danışıqların nəticəsi olaraq, 2018-ci il avqustun 12-də Aktau şəhərində 5 Xəzəryanı ölkə rəhbəri tərəfindən “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb, tərəflər üzərinə öhdəlik götürüb. Konvensiyada Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə, suveren bərabərliyinə hörmət, zor işlətməmək və zor işlətməklə hədələməmək, qarşılıqlı hörmət, əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq öz əksini tapıb. Xəzər dənizinin sülh məqsədləri üçün istifadə edilməsi, onun sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonasına çevrilməsi, Xəzər dənizi ilə bağlı bütün məsələlərin dinc vasitələrlə həll edilməsi göstərilib. Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının mütəmadi olaraq keçirilən zirvə toplantılarında məhz bu prinsiplər əsas götürülür, Xəzər dənizinin sülh məqsədlərilə istifadəsi, qarşılıqlı və regional əməkdaşlıq məsələləri ətraflı müzakirə olunur.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs, o cümlədən xarici siyasət nəticəsində Azərbaycan Xəzər regionunda da söz sahibi kimi çıxış edir, ölkəmiz regional logistika qovşağına çevrilir. Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistanda səfərdə olması, orada aparılan danışıqlar, səsləndirilən fikirlər buna əyani misaldır. VI Zirvə Toplantısındakı çıxışında Azərbaycan Prezidenti bildirib ki, nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır:
“Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Biz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi olub”.
Aşqabadda VI Zirvə Toplantısının sonunda qəbul edilən qətnamədə Xəzərin sahilyanı ölkələr üçün sülh, əməkdaşlıq və dostluq dənizi olduğu bir daha öz təsdiqini tapıb. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev Prezident İlham Əliyevin Türkmənistana səfərini, Azərbaycanın regional qovşağa çevrilməsini, mövcud reallıqda Xəzər regionunun əhəmiyyətini “Kaspi” qəzetinə şərh edib. Bildirib ki, Xəzərin kəşf edilmiş karbohidrogen ehtiyatı 2,95 milyard ton neft və 3,1 trilyon kubmetr qazdan ibarətdir. Onun sözlərinə görə, indiyədək oradan 1,5 milyard ton şərti yanacaq çıxarılıb ki, 25-30 faizi neft, qalanı isə qaz və kondensatdır:
“Mütəxəssislər Xəzərin karbohidrogen ehtiyatlarının kəşf ediləndən qat-qat çox, təxminən 26-40 milyard ton şərti yanacaq olduğunu bildirirlər. Göründüyü kimi, Xəzər hələ zəngin bioehtiyatlarını nəzərə almasaq, dünyanın ən qiymətli su hövzəsidir, yəni çox "yağlı tikə"dir. Harada "yağlı tikə" varsa, orada qarşıdurma, çəkişmə olur”.
Millət vəkili söyləyib ki, Xəzəryanı dövlətlərin belə çəkişmələrdən qaça bilmələri, onu sülh və əməkdaşlıq dənizinə çevirmələri böyük diplomatik uğurdur:
“Aşqabadda keçirilən sammitdə bu reallıq bir daha təsbit edildi. Bundan başqa, Xəzər hövzəsində təxminən 270 milyonluq əhali potensialı var. Dünyada dəyişən geosiyasi reallıq fonunda hazırda Azərbaycan Orta Asiyadan, hətta Çindən gələn marşrutları Avropaya aparan yeganə logistik mərkəzdir. Nəqliyyat kommunikasiyası üçün Xəzər dənizinin əhəmiyyətinə xüsusi yanaşmaq lazımdır. Azərbaycan uzun illərdir Transxəzər nəqliyyat dəhlizinin qurulmasında mühüm layihələr həyata keçirir. Cənab Prezidentin də vurğuladığı kimi, ölkəmiz Xəzər dənizində ən böyük potensiala malik beynəlxalq əhəmiyyətli Ələt limanını inşa edib. Eyni zamanda, Azərbaycan Çinin təşəbbüs etdiyi “Bir kəmər, bir yol” layihəsinin Xəzərdən keçməklə Avropaya çatması üçün Bakı-Tbilisi-Qars dəmir yolunu inşa edib. İndi isə Azərbaycan işğaldan azad olunan ərazilərdə böyük tikinti-quruculuq işlərinə start verməklə Zəngəzur dəhlizinin qurulmasında aktivlik nümayiş etdirir. Bu dəhlizin istifadəyə verilməsi materik əhəmiyyətli nəqliyyat-logistika qovşağı kimi Azərbaycanın rolunu və nüfuzunu daha da artıracaq”.

Bizimlə əlaqə saxlayın