E-mail: [email protected]
Qazaxın Gənclər və İdman İdarəsində HƏBSLƏR - İdarə rəisi və çox sayda vəzifəlilərə cinayət işi açıldı/FOTO
Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyevə və idarənin bir neçə işçisinə cinayət işi açılıb.
Paytaxt.org-un əldə etdiyi məlumata görə, prokurorluq tərəfindən rayonun idman idarəsində aparılan ilkin yoxlamalar zamanı külli-miqdarda dövlət vəsaitinin mənimsənilməsi və ölçüyəgəlməz koorrupsiya halları üzə çıxıb.
Məlumata, Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev və idarənin mühasibi Aybəniz Orucova, Baş məhsləhtçi Səba Nəbiyevaya və digər vəzifəlilərə bir neçə maddə üzrə cinayət işi açılıb, prokurorluqda araşdırmaların aparıldığı bildirlir.
Məlumatda oda bildirilib ki, V. Nəbiyev hərbi xitmətdə olmayıbvə bu vəzifədə uzun illərdir çalışır. Onun namizədliyi Qazax icra başçısı tərəfindən irəli sürülüb və bu günə qədər himayə edilir.
Yeri gəlmişkən Vüqar Nəbiyevdən olan başqa bir narazılıq isə büdcə vəsaitini özünə yaxın şəxslərin idman məktəblərinə yönəltməsidir. Həmçinin V. Nəbiyev idman tədbirlərinin keçirilməsinə, idmançların yarışlara qatılmasına və idman ustalarının yeni adlar alınması üçün yüksək məbləğdə rüşvət istəməsi, rayonda illərdir yaşanan narazılıqlarda ifadə edilir. Ona görə də Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev fəaliyyətində olduğu deyilən bu faktın dərindən araşdırılmasına ehtiyac var.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazaırıq
Mövzu diqqətimizdədir.