iyl
2022
17:49
81

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İcra hakimiyyətinin qarşısında özünü yandıran şəxs qazi olub - Rəsmi açıqlama

4 iyl, 2022
17:49
1281

Şəmkir rayon İcra Hakimiyyəti rayon sakininin İH binası qarşısında intihara cəhd etməsinə münasibət bildirib. 
İH-dən Yenisabah.az-a verilən məlumatda bildirilib ki, Şəmkirin Yeni Həyat kənd sakini, Vətən müharibəsi iştirakçısı, psixi pozuntulardan əziyyət çəkən və boyun nahiyəsində qəlpə olan, 1996-cı il təvəllüdlü Həsənov İlham Yılmaz oğlu buna qədər Qazax, Şəmkir, Gəncə və Bakı şəhərlərində yerləşən xəstəxanalarda müalicə alıb.
Hazırda isə 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicəsini davam etdirir.
Qeyd olunub ki, vətəndaşın müraciəti aldığı müalicələrin heç bir nəticəsinin olmaması və əlillik dərəcəsinin təyin olunması ilə bağlıdır: “Vətəndaşın müraciətləri ilə əlaqədar aidiyyəti təşkilatlar tərəfindən lazımi dəstək göstərilsə də, İlham Həsənov müalicəsinin davamı üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gedən valideynlərindən ayrılaraq Şəmkir İcra Hakimiyyətinin qarşısına gəlib və özünü yandırmağa cəhd edib”.

Bizimlə əlaqə saxlayın