iyl
2022
14:44
113

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İlham Əliyev dövlət agentliyinə 6,9 milyon manat ayırdı

5 iyl, 2022
14:44
12113

Prezident İlham Əliyev Qazax rayonunun Qarapapaq–Çaylı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 
Bununla bağlı Prezident.az məlumat yayıb. 
Sərəncama əsasən, On dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Qarapapaq–Çaylı avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 6,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. 

Bizimlə əlaqə saxlayın