E-mail: [email protected]
Bərdə rayon kənd mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Turkdunyasi.az xəbər verir ki, Bərdə rayon Mehdixanlı kəndində kənd zəhmətkeşlərinin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə konsert proqramı təşkil olunub
Bərdə rayon kənd mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə kənd zəhmətkeşlərinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Bərdə rayon Mehdixanlı kəndində “Zəhmətkeş əllər” adlı tədbir keçirilib.
Tədbirdə iştirak edən regional idarənin rəisi Vəsilə Möhsümova, mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, ziyalılar və kənd sakinləri əvvəlcə təşkil olunmuş kitab sərgisi, qədim əşyaların və yaradıcı insanların əl işləri, milli adət-ənənələrimizi özündə əks etdirən sənət nümunələrindən ibarət sərgiyə baxış keçiriblər.
Əvvəlcə tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra regional idarənin rəisi Vəsilə Möhsümova, şəhid ailələri, qazilər və kəndin ziyalıları çıxış edərək qeyd ediblər ki, bu kimi tədbirlərin keçirilməsi insanlarda yüksək əhval-ruhiyyə yaradır və insanların mədəniyyət sahəsinə olan marağını daha da artırır. Eyni zamanda keçmişdən qalan milli irsimizin, adət-ənənələrimizin, milli dəyərlərimizin təbliğ olunmasında və gənc nəslə çatdırılmasında bu cür tədbirlər müstəsna əhəmiyyət daşıyır. Əhalinin asudə vaxtının səmərəli keçirilməsi və onlara göstərilən mədəni xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə Bərdə Regional Mədəniyyət İdarəsinin Tədbirlər Planına uyğun olaraq belə tədbirlərin davamlı təşkil olunması nəzərdə tutulur.
Tədbir iştirakçıları mədəniyyət işçiləri tərəfindən hazırlanmış milli mətbəximizə aid təamların dadına baxıblar.
Tədbirdə Həsənqaya kənd folklor evində fəaliyyət göstərən yaşlı nəslin nümayəndələrindən ibarət “Yallı” folklor rəqs qrupu bir-birindən maraqlı nömrələrlə çıxış etmiş, rəngarəng musiqi nömrələri, yaradıcı gənclər və uşaqlar tərəfindən müxtəlif mövzularda şeirlər səsləndirilib. Tədbir kənd sakinlərində böyük rəğbət və xoş ovqat yaradıb.
Tədbirin sonunda “Şuşa ili”nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsində iştirak edərək uğur qazanan Bərdə şəhər 4 nömrəli Uşaq incəsənət məktəbinin xanəndəlik sinifinin şagirdi Polad Salmanlıya Diplom, Divanlı kənd Uşaq musiqi məktəbinin xanəndəlik sinfinin şagirdi Rəvan İbrahimliyə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.