E-mail: [email protected]
"O qonorarla alınan çörəyi necə yemək olar?" - DİN-dən ETİRAZ
Bu gün bəzi xəbər saytlarında müxtəlif vaxtlarda baş vermiş yol-nəqliyyat hadisəsi və xidməti silahla ehtiyatsız davranış nəticəsində həlak olmuş bir neçə polis əməkdaşının fotolarını ümumiləşdirərək paylaşıblar.
Bu paylaşım Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun etirazına səbəb olub.
Lent.az polis polkovnikinin etirazını təqdim edir:
"Mən əminəm ki, qeyd olunan fotoları ilk yayan, nə də ki, həmin fotoları paylaşan digər saytların rəhbərlərinin bu məsələdən xəbərləri olmayıb. Materialı xırda “jurnalistlər” hazırlayıb və paylaşıb. Onlar anlamır ki, nə qəzadan, nə ölümdən heç kəs sığortalanmayıb? Bilmirlər ki, sabah onların özləri də yol-nəqliyyat hadisəsində ölə bilərlər və ya yazı yazanda qələmləri gözlərinə batar?
Ölənin peşəsini qoyuram kənara. Axı istənilən vəfat etmiş şəxsin ailəsi, körpə övladları qalıb. Dünyadan köçmüş əzizlərinin fotolarını mətbuatda gördükdə onların keçirdikləri kədəri, axıtdıqları göz yaşını axı təsəvvür etmək çətin deyil. Belə dırnağarası jurnalistlər ya bilərəkdən, ya da savadsızlıqdan paylaşdıqları bu fotolarla onların kövrək hissləri ilə oynayır, yaralarını qaşıyırlar. Bununla nə qazanacaqlar? 5-10 manat qonorar. O qonorarla alınan çörəyi necə yemək olar?"