E-mail: [email protected]
Sifarişlə həbs olunan jurnalist media nümayəndələrinə müraciət etdi.
Jurnalist Osman Nərmanoğlunun müraciəti
Vəkilim Şahlar Tağıyevə. Məlumunuzdur ki, 05 iyul 2022- ci il tarixdən etibarən Göygöl RPŞ-ndə şübhəli şəxs qismində saxlanılmışam.Göygöl MRX-nın direktoru Vasif Əliyevin və tabeliyindəkilərin şər-böhtan xarakterli şikayətləri əsasında Göygöl RPŞ-nin müstəntiqi Vüsal Sadıqovun qərarı əsasında AR-CM-nin 182.2.2 ci maddəsi ilə barəmdə həbs qərarı çıxarılmışdır. Bildirirəm ki, cinayət işinin heç bir əsası yoxdur və mən tamamı ilə heç bir cinayət əməli törətməmişəm və açılan cinayət işi sifarişlidir. b Belə ki, uzun müddətdir ki, haqqlı olaraq tənqid etdiyim Göygöl MRX-nın direktoru Vasif Əliyev və digərləri rayon prokuroru İlqar Hacızadə ilə əvvəlcədən əlbir olaraq qondarma və əsassız ittihamlarla mənim həbisimə çalışıblar. Sözü gedən xəstəxananın harınlamış, rüşvətxor direktoru öz tabeliyindəkiləri öyrədərək İş üzrə mövcud şikayət ərizələrində guya mən ondan rüşvət tələb etdiyimi iddia edirlər.İttihamlar birmənalı olaraq mənim jurnalist peşə fəaliyyətimə yönəlmişdir. Hazır ki, mərhələdə heç bir maddi və mötəbər sübutlar olmaya -olmaya cinayət işinin icrasında özbaşınalıqlar yer almışdır. İşə prosessual nəzarət həyata keçirən prokuror və müstəntiq Vüsal Sadıqovun davranışları, şikayətçilərlə dindirmələr zamanı maraqlı şəxslərin dedikləri də bunu təsdiq edir.Hər gün rayon ərazisində ki, restoranlarda yeyib-içən prokuror və dostu Vasif Əliyev öz çirkin özbaşına niyyətləri sayəsində mənim həbsimə can atırlar. Uzun illərdir ki, media sahəsində tənqitçi olmağımla, obyektivliyimlə və şəffaflığımla seçılmışəm. Kimsədən pul marağa, hədə-qorxu ilə tələbetmə ilə xəbər yazmamışam. 15 illik fəaliyyətim boyunca da, bu cür sifarişli, qərəzli, şikayətləŞ məqsədli cinayət işi ilə üz- üzə qalmışam. Mənim həbsim barədə yayılan digər xəbərlərin heç bir əsası yoxdur və yalan yayanların məqsədi ictimayı diqqəti əsas hədədən yayındırmağa hesablanmışdır.Dövlətimizin başçısına və qanunun aliliyinə hələdə inanıram. İnanıram ki, mənə və azad sözə qarşı məkrli hücumda ədalət və həqiqət zəfər çalacaqdır. Məni özünə hədə seçən Göygöl rayon prokuroru İlqar Hacızadə və qeyriləri işa ediləcəkdir. Bütün media nümayəndələrini azad qələm dostlarımı mənim haqq mübarizəmdə ictimai dəstəyə çağrıram. Ölkə prezidentindən, baş prokurorluqdan və digər dövlət qurumlarından cinayət işinə münasibət bildirmələrini xahiş edirəm. Hörmətlə Rzayev Osman Nərman oğlu. 07 iyun 2022 ci il. Xüsusi qeyd: məktubumu "Xural.tv" "Reaksiya.tv" "Hürriyyət.az" "turan.az" və digər saytlarda yayılmasını xahiş edirəm.