E-mail: [email protected]
Göyçay Rayon Mərkəzi Xəstəxanası səhiyyə tarixinin ən acınacaqlı günlərini yaşayır - ŞİKAYƏT
Bildiyiniz kimi, Göyçay səhiyyəsi olduqca bərbad vəziyyətdədir. Bir zamanlar regionda ən qabaqcıl sistemlərdən və savadlı həkimlərdən ibarət olmuş Göyçay Rayon Mərkəzi Xəstəxanası, təəssüflər olsun ki, hazırda özbaşınalıq, rüşvət yuvası kimi tanınmaqdadır. Xəstələrin dövlət tərəfindən ayrılmış dərman pereparatları və tibbi lavazimatları tam həcmdə verilmir. İcbari Tibbi Sığortanın xidmətlər zərfinə daxil olan imtiyazların bir çoxuna görə pul tələb olunur. Bəzi tibb işçiləri yalnız səs-küy salan şəxslərə xüsusi qayğı və məsuliyyətlə yanaşırlar.
Xəstəxana rəhbərliyi məkirli planlar əsasında işə götürdüyü şəhid atasını özləri üçün sipər olaraq istifadə edirlər. Belə ki, narazı vətəndaşlar vəziyyətdən etiraz etmək istədiyi zaman dərhal şəhid atasını önə verirlər. Əlbətdə şəhidlər başımızın tacıdır. Lakin güc və qüvvət məzlumların müdafiəsi üçün istifadə olunduqda gözəldir.
Mən buradan üzümü tuturam ölkə rəhbərliyinə və aidiyyəti qurumlara! Xahiş edirəm, Göyçayın acınacaqlı və ölmüş səhiyyəsinin yenidən həyata qayıtmasına köməklik göstərəsiniz!
Daha ətraflı videoda:
Mənbə: Azerinfo.az