11 
iyl
2022
02:39
102

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Rüstəm Usubovun bacısı oğluna görə idarədə mübahisə düşdü - Səfər Mehdiyevi saymır

11 iyl, 2022
02:39
12102

Bir neçə gün əvvəl Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin bu strukturda çalışan, amma işə gəlməyən əməkdaşlara “Ya istefa, ya da işə çıxmaq” şərtini qoyması barədə yazmışdıq. 
Gununsesi.info-nu məlumatlandıran mənbənin sözlərinə görə, Mehdiyevin işə gəlmək barədə tələbinə qismən əməl olunub.
Ancaq Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Tranzit Şöbəsinin rəisi Rasim Məmmədov rəhbərin bu tələbini qulaqardına vurub.
Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Baş Prokurorun sabiq birinci müavini Rüstəm Usubovun bacısıoğlu olan Rasim Məmmədov uzun illərdir ki, gömrük orqanlarında vəzifə tutsa da, ancaq iş qrafiki sərbəst olub.
Həftədə bir ya iki dəfə işə çıxan Rasim Məmmədov uniformadan da istifadə etmir.
Belə ki, yerli rəhbərlik ona işə gələn zaman uniforma geyinməyi tələb etsə də o, buna əməl etmir.
Hətta baş idarənin yeni rəisi Teymur Mehdiyevin də buna görə onunla mübahisəsi düşüb.
Araşdırmamız zamanı bəlli olub ki, Rasim Məmmədov baş prokurorun sabiq birinci müavini Rüstəm Usubovun bacısının oğludur.

Bizimlə əlaqə saxlayın