E-mail: [email protected]
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Bu barədə Ermənistan hökumətinin Mətbuat Xidməti məlumat yayıb.
N.Paşinyan Türkiyə Prezidentini Qurban bayramı, Ərdoğan isə Ermənistanın baş nazirini qarşıdan gələn Vardavar bayramı münasibətilə təbrik edib.
“Liderlər iki ölkə arasında münasibətlərin nizamlanması prosesinin vacibliyini vurğulayıblar. Bunun regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcəyi qeyd edilib”, - məlumatda vurğulanıb.
Tərəflər iyulun 1-də Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin əldə etdikləri razılaşmaların yaxın gələcəkdə həyata keçiriləcəyinə ümid etdiklərini söyləyiblər.
Qeyd edək ki, bu, Ərdoğanla Paşinyan arasında telefon danışığı vasitəsilə reallaşan ilk təmasdır.
Mənbə: Sputnik Ermənistan