12 
iyl
2022
11:16
67

Tel:+99450 352 82 91
E-mail: [email protected]

ATV-nin rəhbəri Mirşahinə cavab verdi: ”…sevildikcə söyülür, söyüldükcə baxılır!”

12 iyl, 2022
11:16
1267

“Azad Azərbaycan” Televiziyasının (ATV) baş direktoru Azər Xəlilov REAL TV-nin rəhbəri Mirşahin Ağayevin Azərbaycandakı bəzi telekanalları, o cümlədən ATVİ tənqid etməsinə özünün "Facebook" səhifəsində cavab verib.

Modern.az-ın məlumatına görə, Azər Xəlilov ATV-nin loqosunu paylaşaraq yazıb:

“Ölkədə ən böyük izləyici auditoriyası olan media resursu!
Qarabağın tarixi və Qarabağ həqiqətlərini Azərbaycan və dünya auditoriyasına elmi-kütləvi proqramlar silsiləsi vasitəsilə çatdıran fərqli özəl tekekanal!
Erməni işğalından azad edilmiş torpaqlarımızdan sistemli və davamlı verilişlərin özəyi olan ATV telekanalı!

Baxıldıqca sevilir, sevildikcə söyülür, söyüldükcə baxılır!

ATV nə yerdə qalıb, nə də yerində qalıb. ATV öz yerini bilir, yolunu gedir, irəliləyir. Dostlarını sevindirir! Az bilmir, çox danışmır, baxılanı göstərir”.

Xatırladaq ki, Mirşahin Ağayev ATV-də daxil olmaqla digər özəl telekanalları ictimai fikrə, ictimai zövqə, Azərbaycanın mədəni, etik davranış sisteminə, mənəvi dəyərlərimizə zərbə vurmaqda ittiham etmişdi.

Bizimlə əlaqə saxlayın