E-mail: [email protected]
ÜST-dən maska rejiminə qayıtmaqla bağlı ÇAĞIRIŞ
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün ölkələrin hökumətlərini maska rejiminə qayıtmağa çağırıb.
Təşkilat bunu ölənlərin sayının artmağa davam etməsi ilə əlaqələndirib.
Bir çox varlı ölkələrin hökumətləri peyvəndlərin uğurlu tətbiqindən sonra koronavirusla bağlı məhdudiyyətlərdən tamamilə imtina etsələr də, təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus pandemiyanın “hələ bitmədiyini” vurğulayıb.
O qeyd edib ki, “Omikron”un alt variantları dünyada yeni xəstəlik dalğalarına, hospitalizasiyalara və ölümlərə səbəb olmağa davam edir:
“COVID-19 hallarının sayının artmaqda davam etməsindən və bunun gərgin səhiyyə sistemlərinə və tibb işçilərinə əlavə təzyiq göstərməsindən narahatam. Məni ölüm hallarının sayının artması tendensiyası da narahat edir”.
Mənbə: Sky News