14 
iyl
2022
13:20
112

Tel:+99450 352 82 91
E-mail: [email protected]

SAXTA MÜHARİBƏ VETERANI STATUSU ALANLARIN PROBLEMİ HƏLƏ DƏ AKTUALDIR

14 iyl, 2022
13:20
12112

Son vaxtlar sosial şəbəkələrdə saxta müharibə əlili və saxta müharibə veteranı problemi geniş müzakirə edilir. Bu barədə bir çox məqalələr və statuslar da dərc olunur. Çox sayda insanlar ətrafında müharibə ilə əlaqəsi olmayan veteran və əlillərin törətdiyi qanuna zidd əməlləri görürlər və bunun qarşısının alınmasını tələb etməkdə haqlıdırlar.

Saxta veteranlıq və eyni zamanda əlillik təyinatı almış şəxslər cinayət məsuliyyəti daşıyır. Bunu bir qədər əvvəl mətbuata verdiyi açıqlamada Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi Fazil Həsənəliyev də xatırlatmışdı.

Yevlax rayonu Qoyunbinəsi kənd sakini Məmmədov Qabil Süleyman oğlu Vətən müharibəsi müddətində və sonrakı dövrdə şəhid ailələri, qazilərimiz, müharibə iştirakçıları ilə bağlı keçirilən layihələrdə fəal iştirak etmiş, bu təşəbbüslərə dəstək vermişdir. Buna görə rayon rəhbərliyi adından ona təşəkkür məktubu da gəlmişdir. Qabil Məmmədov  “Azerinfo.az” saytı redaksiyasına müraciət edərək, həmkəndlisi Azər Səfərovun Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 08 fevral 2012-ci il tarixli 2-1(81) 1380/2012 saylı qərarı hesabına saxtakarlıqla müharibə veteranı statusu aldığını və bu adla eyni qəbildən olan insanlara şamil edilən güzəşt və imtiyazlardan, maddi təminat növlərindən yararlandığını bildirmişdir. Qabil Məmmədov bildirir ki, Azər Səfərov onu el arasında, tanış-bilişin, qohum-qonşunun yanında “erməni” adlandıraraq barəsində həqiqətə uyğun olmayan, şərəf və ləyaqətini ləkələyən rüsvayedici məlumatlar yaymışdır. O üzdən keçirdiyi mənəvi sarsıntı ucbatından səhhəti korlanmışdır. Buna görə də Qabil Məmmədov Azər Səfərovu Yevlax rayon məhkəməsinə vermiş və qalib gəlmişdir. Məhkəmənin 28.04.2022-ci il tarixli qətnaməsi ilə Azər Səfərovun üzərinə Qabil Məmmədovun barəsində ləkələytici məlumatlar göndərdiyi dövlət orqanlarına ərizə yazmaqla təkzib verməsi tələbi və 1000 manat mənəvi ziyanı ödəmək tələbi qoyulmuşdur.

Q.Məmmədov bildirir ki, Müdafiə Nazirliyi tərəf kimi yeni açılmış hal kimi məhkəməyə müraciət edə bilər. Hətta bundan ötrü 16.05.2022-ci il tarixdə Müdafiə Nazirinə məktub ünvanlayaraq xahiş də edib. İddiasını onunla əsaslandırır ki, Azər Səfərovun hərbi biletində onun müharibədə hansı hərbi hissənin tərkibində döyüşlərdə olduğu barədə və digər qeydlər yoxdur. Üstəgəl, Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 08 fevral 2012-ci il tarixli 2-1(81) 1380/2012 saylı qərarda əsas sübut kimi istinad olunan “sənəd”in -  Azər Səfərovun adına verilmiş kimi təqdim olunan Fəxri Fərmanın mötəbərliyi, saxta olub-olmadığı, üstündə göstərilən tarixin, möhür və imzanın həqiqəiliyi yoxlanılmalıdır.    

İşin hüquqi tərəfindən başqa, ümumilikdə bu vəziyyətdən çıxış yolu və onun gələcəkdə təkrarlanmaması üçün bir yol varmı? Bəzi ekspertlər təkliflər səsləndirilirlər:

1. Hərbi hissənin əmrlər kitabında daxilolma və tərxis olunma haqqında əmrləri olmayan hərbçilərin veteran adı alması üçün yalnız şahid ifadələri məhkəmədə keçərli olmalı deyil, bunün üçün həmin hərbçinin adının şəxsi heyət, silahların təhkim edilməsi, əşyaların paylanması, maaş cədvəli və s. kimi siyahılarda olub-olmaması yoxlanılmalıdır. Şahid qismində məhkəmədə iştirak edənlər arasında sağ qalan birbaşa komandirlərin ifadəsi mütləq tələb olunmalıdır. Gərəkirsə, hərbi ekspertlər iddiaçıdan döyüş epizodlarında iştirakına dair müsahibə alıb, öz rəylərini məhkəməyə təqdim etməlidir. İlkin mərhələdə isə arxivləri saxlanılan hərbi hissələrin əmrlər kitabında adı olmayan veteranların sayına baxılmalıdır, eyni hərbi hissədə yüzlərlə adı əmrlərdə keçməyən veteranın olması, hərbi hissənin komandanlığı və qərargahı üçün məsuliyyət təşkil edir.

2. 1992-1994-cü illərdə yaralanığına görə qospitalda (xəstəxanada) yatmayan, epikrizləri olmayan, görünən aşkar əlillik əlamətləri müşahidə edilməyən şəxslərin veteranlığı dərhal dayandırılmalıdır.

3. Döyüşlərdə iştirak və yaralanma sayına görə hərbi hissələrin verdiyi arayışların sayını da nəzərdən keçirmək olar. Bəzi hərbi hissələr, xüsusilə də özünümüdafiə bölmələrin çox sayda mülki insanı bu tip arayışlarla təmin etdiyinə dair ciddi siqnallar mövcuddur.

Bu təkliflər ictimaiyyət və mütəxəssislər tərəfindən müzakirə də edilə bilər. Vətənimizin, şəhidlərimizin, əlillərimizin və veteranlarımızın nüfuzuna xələl gətirən bu xoşagəlməz hadisələrin aidiyyəti üzrə dərindən araşdırılacağına tam inanırıq.

İbrahim Hümbətov

Bizimlə əlaqə saxlayın