14 
iyl
2022
14:20
74

Tel:+99450 352 82 91
E-mail: [email protected]

“Yalnız bundan sonra icra hakimiyyətlərinin ləğvi mümkündür”

14 iyl, 2022
14:20
974

“Bəzi rayonlarda xüsusi nümayəndəlik tətbiq edilsə də, icra hakimiyyətlərinin ləğvi hələ ki, aktual ola bilməz. Bunun ölkə ərazisində tam tətbiqi üçün 1995-ci il konstitusiyasına dəyişikliklər edilməlidir”.
Bunu “Yeni Sabah”a açıqlamasında hüquqşünas Xəyal Bəşirli deyib. O, bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra pilot layihə kimi prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə xüsusi nümayəndələrin təyin edilməsi ilə bağlı addımlar atdı:
“Cəmiyyətdə belə bir fikir formalaşıb ki, icra hakimiyyətləri vəzifələrini lazımınca yerinə yetirə bilmir. Prezident İlham Əliyev də bir neçə çıxışı zamanı icra hakimiyyətlərinin sovet dövründən qalma institut olduğunu və həmin institutun müasir dövrün standartlarına cavab verməsi baxımından müsbət olmadığı haqda fikirlər səsləndirmişdi. 
Bəzi rayonlarda xüsusi nümayəndəlik tətbiq edilsə də, icra hakimiyyətlərinin ləğvi  aktual ola bilməz. Əgər, xüsusi nümayəndəlik ölkə üzrə tam tətbiq olunacaqsa,  müvafiq müddəlara əlavə və ya dəyişikliklər edilməsi zərurəti yaranacaq. Ona görə də bu sistem hələ ki, işğaldan azad edilmiş ərazilərində tətbiq edilməklə kifayətlənilir. Bununla belə, icra hakimiyyətləri də mövcuddur. Təbii ki, paralel şəkildə eyni fəaliyyəti yerinə yetirən qurumlarının olması absurddur”. 
Xəyal Bəşirli onu da əlavə edib ki, xüsusi nümayəndəliklərin ölkə ərazisində tam tətbiqi üçün fəaliyyətləri yoxlanışdan keçirilməlidir:
“Xüsusi nümayəndəliklər də müəyyən müddət fəaliyyət göstərməlidir ki, nə qədər effektiv olduğu müəyyən edilsin. Əgər, onlar fəaliyyətlərində özlərini doğruldacaqsa, dəyişikliklər ediləcək. Yalnız bundan sonra icra hakimiyyətlərinin ləğvinin şahidi ola bilərik.
Xüsusi nümayəndəliyin tətbiq olunması ilə bağlı onların fəaliyyət mexanizmlərini müəyyənləşdirən qəbul edilmiş normativ akt var. İşğaldan azad olunmuş ərazilərdən Ağdam, Şuşa, Zəngilanda  3 nümayəndəlik bu sənəd əsasında həyata keçirirlir. Ölkə ərazisində tam tətbiq olunması üçün digər normativ aktların da qəbul edilməsinə,  onların funksiya və vəzifələrinin ən xırda detallarına qədər  orada təsbit olunmasına ehtiyac yaranacaq. Bu da qanuncvericiliyə edilmiş dəyişiklikdən sonra məlum olacaq”.

Bizimlə əlaqə saxlayın