14 
iyl
2022
23:11
56

Tel:+99450 352 82 91
E-mail: [email protected]

“Prezidentin göstərişi ilə geniş miqyaslı işlər aparılır” – Fazil Talıblı

14 iyl, 2022
23:11
1256

“Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin göstərişi əsasında şəhid ailələri və müharibə iştirakçılarının dəstək tədbirləri ilə əhatə olunması, onların problemlərinin həlli istiqamətində Nazirlik tərəfindən ardıcıl olaraq geniş miqyaslı işlər aparılır”.
Bunu “Yeni Sabah”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat katibi Fazil Talıblı hərbi jurnalist Rey Kərimoğlunun qazi, şəhid ailələri, veteranlar, hərbi qulluqçularla bağlı dövlət komitəsi yaradılması təklifinə münasibət bildirərkən deyib. 
Fazil Talıblı bildirib ki, bu məsələlərin həllində 40-dan çox qurum üzrə  xidmətlər həyata keçirilir:
“100 min şəxs bu dəstək tədbirləri ilə əhatə olunaraq, onlara 191 min xidmət göstərilib. Bununla yanaşı, dövlət başçısının tapşırığı ilə bu sahədə aidiyyəti dövlət orqanlarının həmin kateqoriyalardan olan vətəndaşlara mərkəzləşmiş qaydada və vahid platformadan xidmətlər infrastrukturu qurulub. Dövlət başçısının Fərmanı ilə bir il əvvəl yaradılan vahid əlaqələndirmə mərkəzləri bunun əyani nümunəsidir.
Bu mərkəzlərdə şəhid ailələri və müharibə iştirakçılarına mərkəzi icra hakimiyyəti orqanları (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ) və müvafiq yerli icra hakimiyyətləri orqanları daxil olmaqla 40-dan çox qurum üzrə xidmətlər "bir pəncərə"dən və operativ şəkildə göstərilir”. 
Prezident İlham Əliyevin şəhid ailələri və müharibə iştirakçılarının bu mərkəzlərə etdikləri müraciətlərlə bağlı onların problemlərinin həlli üçün  aidiyyəti qurumlarla mərkəzləşmiş qaydada işlər aparıldığına diqqət çəkən Fazil Talıblı şəhid ailələrinə informasiyalandırılması baxımından “Zəfər” altsisteminin əhəmiyyətindən danışıb:
“27 oktyabr 2021-ci il tarixli Fərmanı ilə yaradılmış  “Zəfər” altsistemi aidiyyəti qurumlar tərəfindən şəhid və şəhid ailəsi, müharibə veteranı statusu almış şəxslər, müharibə əlillərinə dair məlumatları əhatə edən dolğun informasiya bankıdır.
Artıq 200 minədək şəxsə dair məlumatları əhatə edən “Zəfər” altsistemi şəhid ailələri və qazilərə sosial dəstəyin göstərilməsi, həmçinin bu sahədə işlərin vahid platformadan operativ və sistemli, məqsədəuyğun təşkilində aidiyyəti qurumlara  çevik məlumat mübadiləsi imkanı verir. 
Eyni zamanda, müharibə veteranlarına Prezidentin aylıq təqaüdünün operativ şəkildə təyinatı prosesində dövlət orqanları tərəfindən birgə, mərkəzləşmiş qaydada fəaliyyət həyata keçirildi.
1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin  vərəsələrinə birdəfəlik ödəmənin verilməsinin təşkili işləri də bir sıra dövlət orqanlarının təmsil olunduğu komissiya tərəfindən aparılır”. 
Fazil Talıblı şəhid ailələri və müharibə iştirakçılarının sosial dəstəklə təminatı, problemlərinin həlli işlərində bütün istiqamətlər üzrə müvafiq qurumların birgə-əlaqəli fəaliyyət mexanizmi mövcud olduğunu da bildirib.

Bizimlə əlaqə saxlayın