15 
iyl
2022
10:53
75

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Azərbaycanda Məhərrəm ayı bu tarixdən başlayır

15 iyl, 2022
10:53
975

İyulun 30-da Azərbaycanda Məhərrəm ayı başlayacaq.
Lent.az-ın xəbərinə görə, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, Şamaxı Astrofizika Rəsədxanasının təqdim etdiyi təqvimə əsasən 30 iyul Məhərrəm ayının birinci günüdür:
“Həmin gün Zilhiccə ayı tamamlanır və Məhərrəm ayı daxil olur. Bu, Hicri-Qəməri təqvimi ilə 1444-cü ilin başlanğıcıdır. Çünki Məhərrəm ayı Hicri-Qəməri təqvimində birinci aydır. Aşura günü avqustun 8-nə təsadüf edəcək. Ərbəin günü, yəni İmam Hüseynin şəhadətinin 40-cı günü sentyabrın 17-i olacaq”.

Bizimlə əlaqə saxlayın