16 
iyl
2022
19:35
72

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Azərbaycanın yubiley medalı təsis olunub

16 iyl, 2022
19:35
1272

Azərbaycan Respublikasının yubiley medalı təsis olunub.
Bu barədə AZƏRTAC xəbər verir.
Belə ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edərək İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsini qərara alıb.
Qanuna əsasən, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilib. Eyni zamanda “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq olunub.

Bizimlə əlaqə saxlayın