E-mail: [email protected]
Başıboş başların “yuyulmamış çömçə” kimi ortaya atılmalarına səbəb nədir?- FOTO/FAKTLAR
Hörmətli çoxsaylı oxucular! Yəqin ki, o haqda məlumata maliksiniz ki, bir neçə gün bundan öncə araz.az xəbər portalında Sabirabad rayonunun Şəhriyar kəndində, daha dəqiq desək “Mal bazarı” adı ilə tanınan əraziyə yaxın yerdə fəaliyyət göstərən və Rövşən Şahbazov adlı şəxsə məxsus olduğu bildirilən, hətta söylənilənlərə görə fəaliyyət göstərməsinə dair heç bir rəsmi sənədi olmayan kafe barədə “Sabirabaddakı obyektdə “qoç müharibəsi” baş verəcək?- VİDEO/FAKTLAR” başlıqlı məqalənin yayımlanması, bir növ ölkə gündəmini zəbt edən mövzulardan biri oldu. Yəni, yayımlanan məqalədə qeyd olunmuşdu ki, Rövşən Şahbazova məxsus olduğu bildirilən obyektlə bağlı şübhələnmək və lazımi həqiqətləri üzə çıxarmaq üçün, ortada kifayət qədər əsaslar var. Belə ki, həmin obyektlə bağlı Youtube kanallarına yerləşdirilmiş video-çəkilişlərdən də görünür ki, obyektdə günəmuzd əmək fəaliyyəti ilə məşğul olan xanım (adının Samirə olduğu deyilən), gün ərzində “əlavə bazarlıq” işləri ilə də məşğul olur. Yəni, həmin “xanım” danışığı zamanı “Mən 15 manata görüşürəm” deyir və bununla da o, onu da bildirmək istəyir ki, günəmuzd əmək fəaliyyəti ilə məşğul olduğu obyekt, məhz mahiyyət etibarilə həm də əxlaqsızlıq ünva
Bundan əlavə, obyektdə çalışan işçilərlə rəhbərlik arasında heç bir əmək müqaviləsi sənədinin bağlanmaması yöndə məlumatların daxil olması da, birbaşa əmək intizamının tələblərinin kobud şəkildə pozulması deməkdir. Digər tərəfdən, bu ünvanda sanitar-gigiyena qaydalarının tələbləri də pozulur ki, bu da heç cür yolverilməz halın varlığıdır. Hətta, daxil olan məlumatlarda o da qeyd olunur ki, obyektdə elektrik enerjisindən və içməlu sudan istifadə zamanı müəyyən “sapmalar”a da qol qoyulur, bu da bir növ cinayət əməli yaradan halların varlığıdır. Yəni, bütün bunlar bir çox media qurumlarında yayımlandı və bununla da Rövşən Şahbazova məxsus olduğu bildirilən obyektin hansı yöndə fəaliyyət göstərməsi hər kəsə bəyan oldu. Bütün bunlar o deməkdir ki, media qurumlarında çalışan hər kəs ictimai həyatımızda baş verən hər cür problemlərin varlığını aramalı, araşdırmalı, lazım gəldikdə ictimailəşdirilməsinə nail olmalı, hətta problemin həllinə də çalışmalıdır.
O halda sual oluna bilər ki, görəsən bu gün bəzi media qurumlarının əməkdaşları hansı yöndə fəaliyyət göstərirlər, yaxud da onlar hansı əməllərlə məşğul olurlar? Bütün bunları dəqiqləşdirmək üçün “Sabirabaddakı obyektdə “qoç müharibəsi” baş verəcək?- VİDEO/FAKTLAR” başlıqlı yayımladığımız məqalədən sonra, Rövşən Şahbazova məxsus olduğu bildirilən obyektə üz tutan və adı çəkilən bu şəxsin şəninə bol-bol təriflər yağdıran, hətta onu “aydan arı, sudan duru” hesab edən media qurumları əməkdaşlarının yanaşmalarını, hazırladıqları kadrları və s. görüb sanki şoka deyil, birbaşa “şökə” düşməli olduq. O halda dərk etdik ki, yayımladığımız məqalədə qeyd olunan faktların varlığını, obyektdə günəmuzd əmək fəaliyyəti ilə məşğul olan xanımın (adının Samirə olduğu deyilən) bildirdiklərini şər-böhtan adlandıranların ya psixoloji durumları yerində deyil, ya da ki, onlar problemlərin varlığına “kar-kor prizması”ndan yanaşırlar. Onu da ehtimal etmək olar ki, həmin şəxslərin “yuyulmamış çömçə” kimi ortaya düşmələrinə, məhz başqa amillərin varlığı da əsas səbəb ola bilər. Məsələnin daha maraqlı və diqqəticəlb edən halı odur ki, məqalədə qeyd etdiklərimiz faktların əleyhinə məqalə yayımlayan müəlliflər, oğurluq zirvəsinin “pik nöqtə”sində dayanıb, bir növ “sağsağan mahnısı” oxumadı da unutmurlar. Yəni, həmin şəxslərin yazı hazırlamaq qabiliyyətləri olmadığından, təqribən 2019-cu ildə digər xəbər portallarında başqa şəxslərlə bağlı yayımlanmış mövzuların müəyyən hissələrini oğurlayaraq özününküləşdirmişlər və həmin hissələri öz cızmaqaralarına daxil edib sərsəm mövzu hazırlamışlar. Guya ki, ərsəyə gətirib Rövşən Şahbazova və digər şəxslərə nümayiş etdirdikləri mövzu, məhz həmin müəllifin beyninin məhsuludur. Əslində bu heç də belə deyil. Çünki, Rövşən Şahbazova məxsus olduğu bildirilən obyektə üz tutan və adı çəkilən bu şəxsin şəninə bol-bol təriflər yağdıranların ərsəyə gətirdikləri mövzu oğurluğu əsasında işıq üzü görüb.
Bunu faktlarla da sübuta yetirmək mümkündür. O halda sual oluna bilər ki, görəsən mövzu oğurluğu əməli ilə məşğul olub pərdə arxasında gizlənmək nə vaxtdan hansısa şəxsə uğur gətirib? Deməli, bunu dərindən düşünüb dərk etmək lazımdır ki, hər kəs təmiz adını, yaxud da təmiz ləyaqətini qorumağı bacarsın. Unutmaq olmaz ki, hər bic əməlin üstü uzağı qırx günə açılır. Yəni, kimlərsə Rövşən Şahbazova “yağlı vədlər” verib bu yöndə nəyəsə nail olmaq istəsə, yaxud da hazırlayıb yayımladığımız məqalələrin əleyhinə yeni yazı yayımlasa, heç də uzağa gedə bilməyəcək. Çünki, həmin şəxslərin nakam düşüncəsinin yerləşdiyi başıboş başa araz.az-ın “dəmir yumruğu” ilişəcək.
Həmin əxlaqsızlıq yuvası saxlayan Rövşən Şahbazovun şəninə bol-bol tərif yazan həmkarlarımıza demək istəyirik ki, R. Şahbazovu müdafiə edəndə elə edin ki, qələminiz hörmətdən düşməsin. Axı fakt faktlığında qalır? Həmin videoFaktı təqdim edirik. Qeyd edək ki, bu kadıra məhz cənab Rövşən Şahbazov özüdə düşüb.
Qarşı tərəfi də dinləyə bilərik.
Mövzuya qayıdacağıq.
araz.az xəbər portalı